Həkimlər burun formasını belə dəyişirlər - VİDEO

Həkimlər burun formasını belə dəyişirlər - VİDEO
Bununun ölçülərinin və formasının korreksiyasına yönəlmiş cərrahiyyə əməliyyatı «rinoplastika» adlandırılır.
 
Rinoplastika ən mürəkkəb plastik əməliyyatlardan biri sayılır. Burunun əyri, qeyri-proporsional (çox böyük, enli və s.) olması, burun donqarı, burun çəpərinin əyriliyi, burun travmaları və anadangəlmə patologiyaları rinoplastika üçün göstəriş sayılır.
 
Rinoplastika əməliyyatı üçün müəyyən əks-göstərişlər var: bəzi ürək xəstəlikləri, şəkərli diabet, onkoloji proseslər, böyrək və qara ciyər patologiyaları, qanın laxtalanmasının pozulmaları, əməliyyat sahəsində olan iltihablar və s. Üz skeleti (və o cümlədən burun) 18 yaşına kimi tam formalaşır. Bu səbəbdən bu yaşa kimi rinoplastika yalnız istisna hallarda həyata keçirilə bilər (məsələn, çəpər əyriliyi səbəbindən burun nəfəsalması ciddi pozulduqda, bəzi anadangəlmə patologiyaları zamanı və s.).
 
Əməliyyat ümumi narkoz vasitəsilə həyata keçirilir. Əməliyyat açıq və qapalı üsulla həyata keçirilə bilər.Açıq əməliyyat zamanı burun yollarını ayıran dəridə kəsik aparılır,  burunun dərisi tam qaldırılır. Əməliyyatdan sonra dəri öz yerinə qaytarılır və kəsik tikilir. Qapalı əməliyyat zamanı kəsiklər yalnız burunun içərisində selikli qişada aparılır. Lakin bu halda həkim «kor-korana» işləməyə məcbur olur.
 
Qapalı əməliyyatdan sonra reabilitasiya dövrü açıq əməliyyatla müqayisədə daha qısadır. Hər bir konkret halda əməliyyatın üsulunu əməliyyatın məqsədindən və s. amillərdən asılı olaraq həkim seçir.
 
Əməliyyatdan sonra buruna qips sarğısı qoyulur. Sarğı təxminən 1-2 həftədən sonra çıxarılır.
 
Əməliyyatdan sonra üzdə müəyyən müddət ərzində şişkinlik və göyərmələr qalır. Bu normal haldır və bundan qorxmaq lazım deyil.
 
Əməliyyatdan sonra 2 həftə ərzində fiziki və digər sosial aktivlik əks-göstərişdir. Çox soyuq və isti qadaları qəbul etmək, eynək taxmaq olmaz və s. (ətraflı məlumat həkim verməlidir).
 
Bütün digər əməliyyatlarda olduğu kimi bu əməliyyatın da müəyyən riskləri və yanaşı təsirləri mövcuddur. Belə ki, rinoplastikadan sonra güclü qanaxma, irinləmə, sepsis mümkündür. Yanaşı təsirlərin arasında: iybilmənin tam və ya qismən itməsi, nəfəsalmanın pisləşməsi, burun çəpərinin əyriliyi, bitişmələr, iltihablar və s. Bəzən təzə burunun forması pasienti qane etməyə bilər.
 
Bu səbəbdən yalnız müasir kosmetoloji klinikalara və ixtisaslaşmış təcrübəli mütəxəssislərə müraciət edin.
 
(Saglamolun.az)

OXŞAR XƏBƏRLƏR

Eyni gün həm hamilə, həm də xərçəng olduğunu öyrəndi - Gənc ananın çətin qərarı

İngiltərəli qadın eyni anda həm xərçəng, həm də hamilə olduğunu öyrənib. Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ingiltərəli qadın Abbiy Kolvin...

48 yaşlı kişinin bədənindən 639 ədəd mismar çıxdı - Görün necə!

 Hindistanın Qobarqdanqa bölgəsində qəribə hadisə baş verib. Sfera.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, mədə ağrısı ilə xəstəxanaya gedən 48...

“Coca-Cola” içdikdən 10 dəqiqə sonra orqanizmdə NƏ BAŞ VERİR? - İNANMAYACAĞINIZ GERÇƏKLƏR

Dünyada ilk dəfə "Coca-Cola”ya qarşı etiraz 2006-ci ildə Türkiyədə başlanılmışdı. Və əbəs yerə deyil. Publika.az xəbər verir ki, etiketdə kolanın tərkibi ...

Pivə haqqında bilmədiyimiz 5 MARAQLI FAKT

Dahi Nizaminin belə bir kəlamı var: "Bir inci saflığı olsa da suda, artıq içiləndə dərd verir o da". Tədqiqatçıların fikrinə əsasən, pivəni lazımi qədər içdikdə...

Daun sindromu dölün ana bətninə düşdüyü andan etibarən formalaşır

Hamiləlik zamanı aparılan müayinələrin nəticəsində uşaqda meydana çıxa biləcək xəstəliklər arasında ən qorxuducu diaqnozlardan biri Daun sindromu riskinin yüksə...

DÜNYAYA BÖYÜK BƏLA: 2 saatda insanı öldürür: “Mavi ölüm”

Dünyada vəba təhlükəsi yenidən baş qaldırıb. Haitidə 2010-cu ildəki dəhşətli zəlzələdən sonra yayılan vəbanın nəzarət altına alınmasından qısa müddət sonra bu d...