Həkimi şantaj edən "jurnalist" HƏBS OLUNDU

Həkimi şantaj edən
Özünü peşə fəaliyyətini həyata keçirən media nümayəndəsi qismində qələmə verən Hacıyev Bayram Nazim oğlu səhiyyə müəssisəsinin direktoru barəsində "Facebook” sosial şəbəkəsində və "YouTube” videopaylaşım platformasında qeydiyyatdan keçirdiyi "Sizintv.az” və "Vətəndaş Bayram Hacıyev” adlı səhifələrdə yerləşdirilmiş həqiqətə uyğun olmayan, nüfuzdan salan video materialların silinməsi və gələcəkdə bir daha belə paylaşımların edilməməsi müqabilində həmin şəxsdən müəyyən məbləğdə pul vəsaitini tələb etməsi barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

 Bu barədə Baş Prokurorluqdan Sfera.az-a verilən məlumatda bildirilib.
 
Əməliyyat tədbirləri ilə Bayram Hacıyev təkrarən eyni niyyətlə, yəni barələrində həqiqətə uyğun olmayan rüsvayedici məlumatları sosial şəbəkələrdə yayma hədəsi ilə digər tibb müəssisələrinin rəhbər vəzifəli şəxslərindən onların yaxınları vasitəsi ilə 2.000 manat pul vəsaitini əvvəlcədən təyin etdiyi Bakı şəhəri Nərimanov rayonu ərazisindəki görüş yerində alarkən cinayət başında yaxalanıb.

Qeyd edilən faktlarla bağlı 3 fevral 2022-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, B.Hacıyev həmin məcəllənin 182.2.2-ci maddəsi (təkrar hədə-qorxu ilə tələb etmə) ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz hallar tam və hərtərəfli araşdırılmaqla təqsirləndirilən şəxsin qanunsuz əməllərindən zərər çəkmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Baş Prokurorluq bir daha informasiya məkanında qanunsuz fəaliyyətə meyl edən media subyektləri və sosial şəbəkə istifadəçilərini qanunvericiliyin tələblərinə riayət etməyə və digər vətəndaşların hüquqlarına hörmətlə yanaşmağa dəvət edərək, qanun pozuntusuna yol verən şəxslər barəsində ciddi məsuliyyət tədbirlərinin tətbiqi ediləcəyi barədə xəbərdarlıq edir.

OXŞAR XƏBƏRLƏR

DTX onu həbs etdi - FOTO

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir. Sfera.az ...

Evindən narkotika tapılan qadın edama məhkum edildi – FOTO

İsrailli Fida Kivan Dubaydakı evində narkotik saxlamaqda günahkar bilinərək edam cəzasına məhkum edilib. Sfera.az xəbər verir ki, bəzi mənbələrdə 38, bəzi...

Rus-türk mafiyasının 1 ton kokainini ələ keçirən şəxs - “Valyagin cinayəti”

Baltikyanı ölkələrdə kriminal dünyanın əfasənəsi sayılan Gennadi Valyaginin (Dlinnıy) qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.  Sfera.az xatırla...

Goranboyda arvadını öldürən şəxsin FOTOLARI

Xəbər verdiyimiz kimi, Goranboyda həyat yoldaşını avtomobillə vurduqdan sonra bıçaqla qətlə yetirən şəxs saxlanılıb. Sfera.az bildirir ki, "Qafqazinfo”nun...

Polisin öldüyü qəza ilə bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi Hacıqabul rayonunda polis əməkdaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb. DİN-in Mətbuat xidmətindən Sfera.az-a verilən xəbə...

Bakıda polislərin əmrinə tabe olmayan "Range-Rover"in sürücüsü həbs edildi - FOTO + VİDEO

Bakıda yol hərəkəti qaydalarını ardıcıl kobud şəkildə pozan və polislərin "Saxla" əmrinə tabe olmayan sürücü inzibati qaydada həbs edilib. Bu barədə Sfera...