"Haqqını tələb edən niyə təhqir olunur?" - Həmkarlarını müdafiə etdilər

Müğənnilər Xuraman Şuşalı və Elçin Hüseynov da efirlərə çıxmaq üçün qonorar tələb edən həmkarlarına dəstək olublar.

Sfera.az xəbər verir ki, onlar bu barədə "10-da görüşək" proqramında danışıblar. Xuraman Şuşalı bu məsələdə müğənnilərin birlik olmasını istəyib:

"Sadəcə olaraq o maraqlıdır ki, niyə bu danışanları güllə-boran edirlər? İstər Xatirə, Natavan, Elşad Xose və ya Nazilə. Bir sözlə hamı... Əslində hamı danışsa, çox yaxşı olar. Başa düşürəm rəqabət var, rəqabətdə birlik çətin olur. Amma çox yaxşı olardı, nəyi pisdir? Maşallah olsun, verilişlərin də yaxşı sponsorları var. Onsuzda pulu aparıcı cibindən vermir. Aparıcılar aqressiv danışırlar, kiminsə sözünü deyirlər. Nə gərək var ki? Deməsinlər, vicdanla danışsınlar. Hamımız əziyyət, xərc çəkirik. Bugünki gün televiziyadan bir qəpik də qazancımız yoxdur. Əvvəllər deyirdik ki, efirlərdə görünüb, toylara gedirik. Amma indi sosial şəbəkədə görünməyimiz yetərlidir ki, toylara dəvət alaq. Bu o demək deyil ki, televiziya işçilərinin əziyyətini yerə vururuq. Onlar da işlədikləri üçün maaş alırlar. Qonorar olsaydı, efirə də tamam fərqli, bahalı geyimdə gələrdim, makiyajımı özüm etməzdim. Daha da gözəl mahnılarla gələrdim. Necə ki, toya, eləcə də efirə".

Müğənni Elçin Hüseynov isə haqqını tələb edənlərin təhqir olunmasına qarşı çıxıb:

"Əslində bu olacaq və ya olmayacaq hələ bilinmir, amma gözəl bir şeydir. Bu əjdahadan xaricdə varsa, bizdə niyə olmasın? Kimsə haqqını tələb edəndə niyə qarşı tərəf təhqirlə cavab verir? Burada nə var ki? Bu insan deyir ki, verilişə gəlməyim üçün pul versinlər. O, belə istəyir, tənqid və təhqir etmir. Amma həmin insanı təhqir etmək düzgün bir şey deyil".


OXŞAR XƏBƏRLƏR

45 minlik üz kreminə görə qınağa tuş gələn aktrisadan AÇIQLAMA: "İndi hər şey bahadır"

Dəbdəbəli həyatı ilə tez-tez gündəmdə olan aktrisa Yasemin Özilhan sosial şəbəkələrdəki paylaşımları ilə müzakirə obyektinə çevrilib.   Sfera.az bildirir...

Renka qalmaqallı görüntülərindən danışdı: "Hamımız ana südü ilə böyüyürük... " - VİDEO

Rəqqasə Renka (Rəna Ağamuradova) qalmaqallı videosu ilə bağlı açıqlama verib. Sfera.az xəbər verir ki, bu haqda "MTV maqazin"ə danışan rəqqasə müzakirələrə ...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Cazibədar aktrisanın 7 hamamlı malikanəsi - FOTOLAR

Məşhur aktrisa Kameron Diaz yeni malikanə alıb.   Sfera.az bildirir ki, ulduz, musiqiçi həyat yoldaşı Benji Maddenlə birlikdə aldığı evə 12,6 milyon doll...

Klarnet ifaçısından biabırçı açıqlama: “Qızımı Elməddinin şəkli ilə qorxudurdum”

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktyor Elməddin Cəfərovla bağlı müzakirələrə səbəb olacaq açıqlama verib.   Sfera.az yazır ki, musiqiçi qız...

Nazilə Səfərlinin oğlunun toyuna 1000 manat yazdıran MƏŞHURLAR KİMLƏRDİR? - VİDEO

Şair Nazilə Səfərlinin oğlu Nurlana etdiyi toyun əks-sədası bitmək bilmir. "7 canlı” verilişində aparıcı Vüsalə Əlizadə onun övladının toyuna pu...