“Hacı Mazan” polis bölməsində – VİDEO

“Hacı Mazan” polis bölməsində – VİDEO
"Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun polis bölməsinə aparılmasının görüntüləri yayılıb.

Hadisə avqustun 3-də baş versə də, görüntülər indi üzə çıxıb.

Xatırladaq ki, həmin gün”Hacı Mazan”Xəzər TV-nin əməkdaşlarına hücum etmiş, daha sonra isə onun şirkətinin inşa etdiyi binanın sakinini öz evində döymüşdü. Hadisədən sonra DİN-in "102” xidmətinə məlumat verilib və hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları cəlb edilib. Onlar jurnalistlərə və ev sahibinə hücum çəkən iş adamını polis bölməsinə aparıblar.

"Hacı Mazan”la birlikdə hücumda iştirak etmiş adamları da bölməyə aparılıb. Onlar bölmədə müvəqqəti saxlanma kamerasına salınsalar da, sonradan Ramazan Zeynalov polisdə işləyən qohumlarının vasitəsilə həyətə çıxarılıb.

Hazırda faktla bağlı Bakı Şəhər Prokurorluğunda araşdırma aparılır, tərəflərin ifadələri alınır. Maraqlıdır ki, hadisə Binəqədi rayonu ərazisində baş versə də, işin araşdırılması birbaşa Bakı şəhər Prokurorluğuna həvalə olunub. Bu, onunla izah olunur ki,”Hacı Mazan”Binəqədi rayonunda bina inşa edib, bir sıra biznes layihələri həyata keçirib və həmin rayonda hüquq-mühafizə orqanlarına təsir imkanına malikdir.



 
 
/Bakupost

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda "patı" çəkən şəxs hamilə arvadının boğazını kəsdi - VİDEO

Abşeron rayonunun Qobu qəsəbəsində qətl hadisəsi baş verib. Sfera.az "İctimai TV"yə istinadla xəbər verir ki, Anar Bəkirov hamilə yoldaşı Leyla Bəkirovanı...

Ana və uşaqlarının qətli ilə bağlı YENİ FAKTLAR - Qonşuları NƏLƏR DANIŞDI? - VİDEO

Ötən gün Nizami rayonunda bir ailənin 3 üzvünün qətlə yetirilməsi ilə bağlı xəbər vermişdik. ''Xəzər Xəbər'' bu gün həmin hadisənin təfərrüatlarını araşdırıb. M...

Su polisləri “Kalaşnikov” satmaq istəyən şəxsi saxladı - VİDEO

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata...

Toy karvanında avtoxuliqanlıq etdi - ANBAAN VİDEO

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları tərəfindən avtoxuliqanlıq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliy...

DİN-dən Tahir Kərimlinin ölümlə hədələnməsi ilə bağlı açıqlama - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Milli Məclisin deputatı Tahir Kərimlinin ölümlə hədələnməsi barədə iddialarına münasibət bildirilib. DİN Mətbuat Xidmətinin K...

Xocavənddə silah-sursat aşkar edildi - VİDEO

İşğaldan azad edilmiş ərazilərdə erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində intensiv tədbirl...