Gözlərin diaqnostikası üçün neyroşəbəkə

Gözlərin diaqnostikası üçün neyroşəbəkə
Gözlərin avtonom diaqnostikası üçün neyroşəbəkəyə əsaslanan "IDx-DR” qurğusu hazırlanıb. ABŞ-ın qida məhsulları və dərmanların keyfiyyətinə sanitar nəzarət idarəsi qurğudan istifadəyə icazə verib.

Qurğunun iş prinsipi sadədir. Tibb işçisi pasiyentin gözünün torlu qişasının xüsusi kameranın köməyi ilə çəkilmiş şəkillərini yüklədikdən sonra süni intellekt nəticə almaq üçün fotonun kifayət qədər keyfiyyətli olub-olmadığını müəyyən edir. Təsvir təhlil edilərək pasiyentdə diabetik retinopatiyanın olub-olmadığını aşkarlayır. Bu xəstəlik diabetin korluğa səbəb ola biləcək ağırlaşmasıdır. Diabetik retinopatiya qanda şəkərin səviyyəsinin yüksəlməsinə görə gözün torlu qişasının damarları zədələndikdə meydana çıxır.

Kliniki sınaqlar göstərib ki, "IDx-DR” sistemi 900-dən çox təsviri analiz edərək retinopatiyanı 87 faiz, bu xəstəliyin olmadığı şəxsləri isə 90 faiz dəqiqliklə müəyyən edə bilib.

"Proqram təminatının unikallığı avtonom işləməsindədir. Bu texnologiyadan tibb bacısı və ya göz xəstəlikləri üzrə mütəxəssis olmayan həkim də istifadə edə bilər ki, bu da diaqnozun qoyulmasını sadələşdirir. Beləliklə, pasiyentlər oftalmoloqun onları müayinə edərək diaqnoz qoymasını gözləməli olmayacaqlar”, – deyə ideya müəllifi Maykl Abramov bildirib./AZƏRTAC
 

OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

"WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər. Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, artıq fərdi komp...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.   Sfera.az xəbər verir ki, cihaz eyni...