Gürcüstan sərhədində 5 kq qızıl saxlanıldı

Gürcüstan sərhədində 5 kq qızıl saxlanıldı
 
Gürcüstan-Azərbaycan sərhədində qızıl külçələrinin qanunsuz idxalı ittihamı ilə gürcü gömrükçüləri bir nəfəri saxlayıb.
Sfera.az Azadliq.info-ya istinadən xəbər verir ki, istintaq materiallarına görə, gürcü gömrükçüləri Toyota Prado markalı avtomobildə gizlədilmiş 5.1 kq-lıq qızıl külçələri aşkar edib.
Kontraband qızılın dəyəri 113 min dollar təşkil edib.
Gürcüstan Maliyyə Nazirliyinin Təhqiqat xidməti xəbər verir ki, qanunsuz mal əşyayi dəlil olaraq müsadirə edilib. "Gürcüstan sərhəd gömrüyü ilə çox böyük miqdarda malların keçirilməsi zamanı qaydaların pozulması” maddəsi ilə başladılan cinayət işinə görə cərimə və ya 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.



OXŞAR XƏBƏRLƏR

Lənkəranda taksiyə müştəri qismində əyləşib evinə sürdürdü: Öldürüb, həyətində basdırdı - TƏFƏRRÜAT

Lənkəranda qətl törətməkdə təqsirləndirilən Elvin Hüseynzadəyə hökm oxunub və o, 19 il müddətinə azadlıqdan məhrum edilib.   Bu barədə "Report”a zər...

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş... - Bakıdakı QƏTLİN TƏFƏRRÜATI

Bakıda 24 gün əvvəl törədilən qətllə bağlı bəzi məqamlar üzə çıxıb. Sfera.az xəbər verir ki, söhbət bu ilin aprel ayının 23-də paytaxtın Nərimanov rayonu ər...

“Eldar Mahmudovun adından böyük məbləğlərdə pullar tələb edirdi” – MTN işində şok ifadələr

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Y...

Əməliyyat keçirildi - 202 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) mayın 13-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən Sfera.az-...

Sumqayıtda kirayədə qalan qadın niyə öldürülüb? - QONŞULAR DANIŞDI - VİDEO

Ötən gün Sumqayıtda gənc qadın tanışı tərəfindən boğularaq qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə Xəzər TV sujet hazırlayıb. İlkin araş...

Vilyam Hacıyevin məhkəməsində ŞOK İFADƏ: “Rüşvət yox, rüsum ödəmişəm”

Artıq uzun zamandır ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Sfera.az-ın xəbərinə gö...