"Günəşli" faciəsində əmək qabiliyyətini itirən neftçilərdən TƏLƏB - FOTO



Martın 9-da SOCAR-ın baş ofisində təbii fəlakət nəticəsində "Günəşli" yatağında yerləşən 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı iş növbəsində olmuş neftçilərlə görüş keçirilib.

Sfera.az bildirir ki, SOCAR-dan APA-ya  verilən məlumata görə, görüşdə dövlət şirkətinin neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov, kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, sosial məsələlər üzrə vitse-prezidentiBədəl Bədəlov, şirkətin aidiyyəti idarələrinin rəhbərləri iştirak edibllər.
 
Əvvəlcə, dekabrın 4-də təbii fəlakət zamanı "Günəşli" yatağındakı 10 saylı və "Neft Daşları"ndakı 501 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində həlak olmuş və itkin düşmüş neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
X.Məmmədov qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işlərdən danışmış, itkin düşənlərin axtarış işlərinin və xilas olanların müalicə-reabilitasiyası məsələlərinin daim diqqət mərkəzində olduğunu bildirib. X.Məmmədov qeyd edib ki, xəsarət alan neftçilərin müalicəsi artıq başa çatmış və onlar evlərinə buraxılıblar. Hazırda xəsarət alan neftçilərin reabilitasiya dövrü keçdiklərini deyən vitse-prezident keçirilən görüşün, bu mərhələdə onların qayğı və problemləri ilə maraqlanmaq məqsədi daşıdığını diqqətə çatdırıb.
 
Özülün rəisi Allahverdi Məmmədov, qəzada xəsarət almış işçilərdən Faiq Cəfərov, Əlirəhman Quliyev, Kamran Tarverdiyev, Bəhruz Babayev, Bəxtiyar Ələkbərov, Rəşid Hüseynov və başqaları çıxış edərək müalicə aldıqları dövrdə SOCAR rəhbərliyinin onlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib, onlara vaxtaşırı baş çəkdiklərinə, problemləri ilə maraqlandıqlarına, göstərdikləri maddi və mənəvi dəstəyə görə minnətdarlıqlarını bildiriblər. Neftçilər ötən müddətdə üzləşdikləri problemlər, onları narahat edən məsələlər barədə fikir və təkliflərini bildiriblər.

Qeyd olunub ki, müalicə aldıqları dövrdə onların əmək haqları xəstəlik vərəqəsi üzrə hesablanıb, işləmədikləri üçün SOCAR tərəfindən verilən gündəlik yemək pulları, həmçinin taarif maaşı üzrə dəniz əmsalları nəzərə alınmayıb, bu da öz növbəsində onların ailə büdcəsinə təsir göstərib. SOCAR-ın Maliyyə və Uçot İdarəsinin rəisi Vüqar Şərifov, Hüquq İdarəsinin rəisi Eldar Orucov, İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli bu məsələnin araşdırıldığını və əmək haqlarının qanunvericiliyə tam uyğun hesablandığını söyləyiblər. Neftçilər qəza nəticəsində əmək qabiliyyətlərini müvəqqəti itirdikləri nəzərə alınaraq, onlara müavinət şəklində maddi yardım göstərilməsini xahiş ediblər.

Görüşə yekun vuran X.Məmmədov qaldırılan məsələlərlə bağlı struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib, SOCAR-ın baş ofisindən asılı olan məsələlərin isə komissiyalarda aidiyyəti üzrə baxılıb müvafiq qərarlar veriləcəyini söyləyib, neftçilərə tezliklə sağalmaq və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.





OXŞAR XƏBƏRLƏR

Əli Həsənov ittihamlara CAVAB VERDİ: "Şahbaz adlı adam tanımıram"

"Mən Xural TV-yə baxmıram, o, adamla da əlaqədar heç bir şey demirəm”.  Sfera.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Qaçqınları...

Baş redaktor sirkə turşusu içib zəhərləndi – Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Bakıda jurnalist Nəsimi Şərəfxanlı evində sirkə turşusu içərək zəhərlənib.  Sfera.az xəbər verir ki, o, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbə...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - TAM MƏTN

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər. Pr...

Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI - ÖLƏN VAR

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ...

Paytaxtda “axşambazarı”na maraq artıb: Qiymət fərqi nə qədərdir? - VİDEO

Son aylar bahalaşma ilə əlaqədar istehlakçılar xüsusilə "axşambazarı”na üstünlük verirlər. Bəs "axşambazarı”ndakı qiymət fərqi nə qədərdir? Doğrudanmı səhər əly...

Mərkəzi Bankdan dollarla bağlı RƏSMİ MƏLUMAT

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Sfera.az xəbər verir k...