Günay İbrahimli biznesindən nə qədər qazanır?

Günay İbrahimli biznesindən nə qədər qazanır?
"Sənət heç vaxt yaddan çıxmaz. Martda yetərincə işlədim. Tədbirlər də çox idi. Biznesimə görə sənəti unutmaram. İkisi bir-birinə bağlıdır. Günümün çoxu butikdə keçir. Orada hazırlaşıb tədbirə gedirəm”.

Sfera.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında müğənni Günay İbrahimli deyib. Geyim butikindən danışan sənətçi ünvanına deyilən "Biznesi sənətini geridə qoyub” sözlərinə cavab verib:

"Elə iş var ki, insan onla məşğul olanda zövq alır. Qazandığın pul önəmli deyil. Səhər oyanırsan, gedirsən işə, işçilərin üstündə dayanırsan. Bunun zövqü başqadır, səhnədə olmağın zövqü başqa. Biz müğənni kimi ilin 12 ayını işləmirik. Ona görə də bu biznesi qurdum ki, toy olmayanda onunla məşğul olum. Hətta atelyedə olanda xanımlara geyimləri seçirəm, onlara yardım edirəm ki, nə yaraşar. Qazancın çox və az olması mənə önəmli deyil. Əsas halal və ruzili olsun.

Toylar olmayan vaxt var idi, ancaq martda toy çox oldu. Mənim də hər iki sahədə işim əla getdi. Yeni açılmasına baxmayaraq atelyedən də gəlirim var. Biznesi qurandan işlərim rahat gedir. 

Komandam da peşəkardır. Məndə şourumdur. Hər müştəriyə özəl geyim tikilir. Hər geyimdən bir ədəd tikirik. Hazır geyimləri də ona görə qoymuşuq ki, xanımların bəziləri tənbəldir. 10 gün əvvəldən gəlib paltar tikdirmirlər. Biz də onların işini rahatlaşdırıb, hazır geyimləri təqdim edirik”.

Günay onu da vurğulayıb ki, yaxın günlərdə böyük bir dəfilədə iştirak edəcək:

"Yaz kolleksiyasına hazırlaşıram. Mayda böyük dəfilə olacaq. Bizim butik də iştirak edəcək. Model kimi podiuma çıxmasam da, modelyer kimi çıxacam. Hazırda parçalar xüsusi gətirmişik. Bütün geyimlər fərqli və özəl hazırlanacaq”.

OXŞAR XƏBƏRLƏR

45 minlik üz kreminə görə qınağa tuş gələn aktrisadan AÇIQLAMA: "İndi hər şey bahadır"

Dəbdəbəli həyatı ilə tez-tez gündəmdə olan aktrisa Yasemin Özilhan sosial şəbəkələrdəki paylaşımları ilə müzakirə obyektinə çevrilib.   Sfera.az bildirir...

Renka qalmaqallı görüntülərindən danışdı: "Hamımız ana südü ilə böyüyürük... " - VİDEO

Rəqqasə Renka (Rəna Ağamuradova) qalmaqallı videosu ilə bağlı açıqlama verib. Sfera.az xəbər verir ki, bu haqda "MTV maqazin"ə danışan rəqqasə müzakirələrə ...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Cazibədar aktrisanın 7 hamamlı malikanəsi - FOTOLAR

Məşhur aktrisa Kameron Diaz yeni malikanə alıb.   Sfera.az bildirir ki, ulduz, musiqiçi həyat yoldaşı Benji Maddenlə birlikdə aldığı evə 12,6 milyon doll...

Klarnet ifaçısından biabırçı açıqlama: “Qızımı Elməddinin şəkli ilə qorxudurdum”

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktyor Elməddin Cəfərovla bağlı müzakirələrə səbəb olacaq açıqlama verib.   Sfera.az yazır ki, musiqiçi qız...

Nazilə Səfərlinin oğlunun toyuna 1000 manat yazdıran MƏŞHURLAR KİMLƏRDİR? - VİDEO

Şair Nazilə Səfərlinin oğlu Nurlana etdiyi toyun əks-sədası bitmək bilmir. "7 canlı” verilişində aparıcı Vüsalə Əlizadə onun övladının toyuna pu...