“Günay Bank”da yarım milyonluq zərər - Bankda nə baş verir?

14:07 / 26.04.2022
939
"Günay Bank” cari ilin 1-ci rübünə dair hesabatını açıqlayıb.
Xatırladaq ki, ötən ilin 1-ci rübünü bank 879 min manat xalis mənfəətlə bağamışdı.
Bankın yaydığı məlumatda bildirilir ki, ki, "Günay Bank” ASC böyüməkdə davam edir.Belə ki, ilin əvvəlinə nisbətən Bankın ümumi aktivləri 4 341 000 manat yaxud 2 faiz çoxalmışdır.
Eyni zamanda Bankın kredit portfelində də, ilin əvvəli ilə müqayisədə 3 531 000 manat və ya 2 faiz artım baş vermişdir. (fed.az)
2022-ci ilin 1-ci rübündə «Günaybank»ın gəlirləri 4 milyon 669 min manat, xərcləri 4 milyon 567 min manat təşkil edib. Dövrün nəticəsi olaraq Bank mümkün zərərlər üzrə 492 min manat ehtiyatlar yaradıb. 187 min manat isə vergi kimi ödənilib. Nəticədə «Günaybank» 1-ci rübü 577 min manat xalis zərərlə başa vurub.