Güclü yanğından sonra Sumqayıtda havanın keyfiyyət göstəriciləri AÇIQLANDI

Güclü yanğından sonra Sumqayıtda havanın keyfiyyət göstəriciləri AÇIQLANDI
"Azərsun Sənaye Parkı”nda baş vermiş yanğının atmosferə təsirlərini müəyyənləşdirmək məqsədilə monitorinqlər keçirilib, havanın keyfiyyət göstəriciləri ölçülüb”.

Sfera.az xəbər verir ki, bu barədə açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.

O bildirib ki, Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən avtomatik stansiyalardan aprelin 28-də axşam saatlarında daxil olan məlumatlara əsasən, təyin olunan havanın keyfiyyət göstəricilərinin orta sutkalıq qatılığı – azot-4 oksid 1,2 dəfə, azot-2 oksid 3,7 dəfə, dəm qazı isə 1,3 dəfə normadan yüksək olub.
U.Tağıyevanın sözlərinə görə, çirkləndiricilərin yüksək qatılığı əsasən gecə saatlarında qeydə alınıb:

"Belə ki, azot-4 oksid 3,5, azot-2 oksid 9, dəm qazı 2,1 dəfə normadan yüksək olub. Gecə saatlarından başlayaraq çirkləndirici qaz qarışıqlarının konsentrasiyasında azalmalar müşahidə edilir. Hazırda Sumqayıt şəhərində təyin edilən havanın keyfiyyət göstəriciləri yol verilən hədd daxilindədir”.
 

OXŞAR XƏBƏRLƏR

Bakıda məktəbdə şagird bıçaqlandı - Saxlanılan var

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsi baş verib. Sfera.az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı or...

Bakı metrosunda həyəcanlı anlar - Nasazlıq YARANDI

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Gənclik" stansiyasında ikən sərnişin salonunda tüstü effektli spesifik qoxu hiss olunub.   "...

Hərbçimiz yol qəzasında həlak oldu

Azərbaycan Ordusunun hərbi qulluqçusu yol qəzasında həyatını itirib. Sfera.az xəbər verir ki, hadisə Füzuli rayonu Qayıdış 1 qəsəbəsi ərazisində qeydə alı...

Bakıda dəhşətli QƏZA: Lüks avtomobilin sahibi hadisə yerində öldü

Bakı-Quba yolunda ölümlə nəticələnən qəza olub. Sfera.az-ın məlumatına görə, hadisə mayın 11-i saat 22:50-də yolun Siyəzən rayonu ərazisindən keçən hissəs...

Qızıl şirkətinin azərbaycanlı sahibi ağır qəzada öldü - FOTO

Xarici ölkədə qızıl mədənçiliyi ilə məşğul olan azərbaycanlı biznesmen həyatını itirib. Sfera.az Ölkə.az-a istinadən xəbər verir ki, "Arifoglu Gold" şirkə...

Jurnalist Aytən Məmmədova bıçaqlı hücuma məruz qaldı - FOTO

Jurnalist Aytən Məmmədova bıçaqlı hücuma məruz qalıb. Sfera.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində baş verib. Belə ki, jurnalistin ta...