Göyçayda polis necə xəsarət alıb? - TƏFƏRRÜAT

Göyçayda polis necə xəsarət alıb? - TƏFƏRRÜAT
Daxili İşlər Nazirliyi (DİN) Göyçay sakininin polisə xəsarət yetirməsi ilə bağlı hadisəyə münasibət bildirib.
 
DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, aprelin 27-si saat 16 radələrində Göyçay rayonunun Bığır kəndində kənd sakini Nursoltan Məmmədov rayon icra hakimiyyəti başçısının kənd üzrə nümayəndəliyinin inzibati binasına gələrək mübahisə yaradıb, bu zaman onu sakitləşdirməyə çalışaraq nizam-intizama dəvət edən RPŞ-nin əməkdaşı Şahin Xalidovun qanuni tələblərinə məhəl qoymayaraq inzibati binanın divarına bərkidilmiş lövhəni sındıraraq bir hissəsi ilə sonuncuya yüngül bədən xəsarəti yetirib.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

N.Məmmədov saxlanılaraq istintaqa cəlb edilib.
 

OXŞAR XƏBƏRLƏR

Qəzada ölən "AA" nömrəli maşının sahibi kimdir? - FOTO

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqiliyyat hadisəsi baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə ra...

Polis polkovnik-leytenantı iş başında ÖLDÜ

Bakıda polis polkovnik-leytenantı iş başında vəfat edib. Sfera.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün Xətai Rayon Polis İda...

Üzücü XƏBƏR: 55 min pul yığılan 1 yaşlı uşaq vəfat etdi - VİDEO

"Bizim 11 uşağımız Türkiyəyə müalicə üçün getmişdi. O uşaqlar arasında körpə Amilimiz də var idi. Bu gün Amili itirdik". Bizim.Media xəbər verir ki, bu...

Azərbaycanlı Məmmədpaşanı Afrikada niyə öldürdülər?: “Onlar çox yaşamır” – TƏFƏRRÜATLAR

"Məmmədpaşa Axundovla şəxsi tanışlığım yoxdur. Amma onu deyim ki, Mavritaniyada qızıl axtaranlar çox yaşamır. Əvvəlcə şirnikləndirirlər, daha sonra bütün var...

Bakıda azyaşlı son anda ölümdən xilas oldu – VİDEO

Bakıda azyaşlı uşaq son anda ölümdən xilas olub.   Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.   Görüntülərdən məlum olur ki, mağa...

Bakıda sürücülər yolu kəsib əlbəyaxa dava etdi - ŞOK VİDEO

Binəqədi-Balaxanı yolunda iki sürücü arasında əlbəyaxa dava baş verib.    Sfera.az xəbər verir ki, görüntülər digər avtomobillərdən birinin ...