Goranboyda ağır qəza - Ölən və yaralananlar var
21:57 / 25.02.2022
2614
Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az-ın xəbərinə görə, rayonun Dəliməmmədli şəhərində hərəkətdə olan VAZ 21011 markalı avtomobilin digər maşınla toqquşması nəticəsində 1966-cı il təvəllüdlü Zərdabi Salahov hadisə yerində ölüb.
1981-ci il təvəllüdlü Xoşqədəm Salahova və başqa bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
(Qafqazinfo)