“Google Chrome” və “Firefox” təhlükədədir: Yeni virus yayılır

“Google Chrome” və “Firefox” təhlükədədir: Yeni virus yayılır
"Proofpoint” şirkətinin tədqiqatçıları "Google Chrome” və "Firefox” brauzerlərinin istifadəçiləri üçün təhlükə yaradan "Vega Stealer” adlı yeni zərərli proqram təminatı aşkarlayıblar.
 

 
Qaynarinfo ICTnews-a istinadən xəbər verir ki, təhlükəsizlik üzrə ekspertlərin sözlərinə görə, yeni virus vasitəsilə hakerlər hesab məlumatlarını, eləcə də ödəniş informasiyasını - saxlanılmış kredit kartları, sosial şəbəkə profilləri və brauzerlərdə saxlanılan "cookie” fayllarını oğurlayırlar.
 
 
Bundan başqa, zərərli proqram sistemi skrinşot edərək bütün genişləndirilmiş ".doc", ".docx", ".txt", ".rtf", ".xls", ".xlsx" və ".pdf" fayllarını skan edir.
 
 
Məlumata görə, hazırda virus biznes nümayəndələri (marketinq, reklam, ictimaiyyətlə əlaqələr, pərakəndə satış və istehsal) tərəfindən idarə olunan qurğuların yoluxdurulması üçün istifadə edilir.
 
 
Bununla yanaşı, hakerlər proqram təminatının yayılması üçün standart fişinq kampaniyasından istifadə edirlər. Onlar "İnternet mağazasına tərtibatçı tələb olunur" mövzusunda elektron məktublar, eləcə də ayrı-ayrı biznes nümayəndələrinə fərdi məlumatlar göndərirlər. Məktublarda zərərli makrosların "Vega Stealer" proqramını yüklədiyi "brief.doc" adlı əlavə olur.
 
 
Virusun adi üsulla göndərilməsinə baxmayaraq mütəxəssislər "Vega Stealer" virusunun ümumi təhlükəyə çevrilərək adi istifadəçilər arasında yayılacağından ehtiyat edirlər.
 

OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

"WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər. Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, artıq fərdi komp...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.   Sfera.az xəbər verir ki, cihaz eyni...