"Gmail" istifadəçilərinə BƏD XƏBƏR
Texnologiya
19:00 / 04.07.2018
3848
"The Wall Street Journal”ın hazırladığı hesabata görə "Gmail" istifadəçilərinin hesablarına asanlıqla girmək mümkündür.
Sfera.az xarici mediaya isitnadən xəbər verir ki, "Gmail" istifadəçilərinin məktub və yazışmalarını asanlıqla ələ keçirtmək mümkündür. Jurnalın məlumatına görə tətil, alış-verişlə bağlı bütün işlərini "Gmail" vasitəsilə həyata keçirən hər kəs bu təhlükə ilə üzləşə bilər. Bəzən isə istifadəçilər onlara yönləndirilən şərtləri bilmədən qəbul edirlər ki, bu da onların hesablarının rahatlıqla ələ keçirilməsinə şərait yaradır. Beləcə istifadəçilər fərqində olmadan "Google" tərəfindən e-poçtların oxunmasına icazə verirlər.
Camal
Sfera.az