Get, özün yoxla: Sürücü yol polisinə sənəd təqdim etməlidirmi? - VİDEO

Get, özün yoxla: Sürücü yol polisinə sənəd təqdim etməlidirmi? - VİDEO
Son zamanlar yol polisi avtomobilləri hər hansı qayda pozuntusuna görə saxladıqda sürücülər sənədləri təqdim etmək istəmirlər. 

Sfera.az "Xəzər” TV-yə istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, son zamanlar belə sürücülərin sayında artım müşahidə edilir.

Belə ki, sürücü "get, özün yoxla” deməklə polisin işini çətinləşdirdiyini düşünür. Amma əslində, bunu etmək qadağandır.

Vaqif Əsədov bildirib ki, yol polisi əlində olan avadanlıqlarla sürücünün sənədlərinin olub-olmadığına baxa bilər. Amma tələb edildiyi təqdirdə sənədlərin qəsdən təqdim edilməməsi polisə tabesizlik kimi qiymətləndirilə bilər ki, bunun da kifayət qədər ağır cəzası var.

Yol polisi rəsmisi qeyd edib ki, hazırda zərurət olduğu halda, xüsusi avadanlıqlardan istifadə edilərək, sürücünün sənədləri yoxlanılır. Əgər sürücünün kimliyini müəyyənləşdirmək mümkün olmursa, o, polis bölməsinə aparıla bilər.



OXŞAR XƏBƏRLƏR

"Məni Eldar Mahmudovun və Əli Həsənovun sifarişi ilə həbs etmişdilər" - Eynulla Fətullayev

"Mən bu gün bu qanunun parlament müzakirəsində həm öz iştirakımı, həm başqa jurnalistlərin iştirakını mənasız hesab edirəm. Bunun əvəzində mən indi redaksiyada ...

Türkiyədə 3000 komando şəhidlərimizi belə yad etdi - VİDEO

Türkiyədə 3000 nəfərlik komando heyəti şəhidlərin xatirəsini yad etmək üçün İsparta şəhərində yerləşən Darvaz dağına çıxıblar. Sfera.az xəbər verir ki, bu...

Bu qaydaların pozulması halları ictimailəşdiriləcək - SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ

"Bir çox minik avtomobili sürücüləri avtobus zolaqlarının tələbinə riayət etmirlər. Bu kimi hallara daha çox Q.Qarayev, Babək və M.Useynov prospektlərində, eləc...

Mingəçevirə atılan ballistik raketin vurulma anı - TARİXİ KADRLAR

İlk günlərdə Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının birgə fəaliyyəti nəticəsində düşmənin hava hücumundan müdafiə sistemlərinin 70 faizi s...

Göyçə mahalının Yuxarı Şorca kəndi istiqamətində bayrağımız yüksəldilib - VİDEO

Göyçə mahalının Yuxarı Şorca kəndi istiqamətində Azərbaycan bayrağı yüksəldilib.  Bayraq hərbçilərimiz tərəfindən ucaldılıb.  Bu hadisəni ...

Azərbaycan polisi postda qondarma rejimin bayrağını sildi - VİDEO

Xəbər verdiyimiz kimi artıq bir müddətdir ki, Azərbaycan polisi Gorus-Qafan yolunun ölkəmizdən keçən hissəsində xidmət aparır. Torpaqlarımızdan keçənlərdən Azər...