General-leytenanta yeni səlahiyyət verildi - BAŞ NAZİR QƏRAR İMZALADI

General-leytenanta yeni səlahiyyət verildi - BAŞ NAZİR QƏRAR İMZALADI
Nazirlər Kabinetinin "İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nda dəyişiklik edilib.

Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Dəyişikliyə əsasən, İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi üçün idarələrarası komissiyanın tərkibi yeni qaydada müəyyənləşəcək.

Yeni qərarla Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru idarələrarası komissiyaya sədrlik edəcək.

Bundan başqa, İdarələrarası komissiyanın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar idarələrarası komissiyanın katibliyi funksiyasını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi həyata keçirir.

Qeyd edək ki, Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimovdur.
 

OXŞAR XƏBƏRLƏR

Metro tunelində qaçan qızlar haqda yeni məlumat - ““TikTok” çəkirdik”

Ötən gün metronun "20 Yanvar” stansiyasında platformadan relslərin üzərinə tullanaraq tunel istiqamətinə qaçan qızlar sərbəst buraxılıb. Sfera.az-ın məlum...

General-leytenanta yeni səlahiyyət verildi - BAŞ NAZİR QƏRAR İMZALADI

Nazirlər Kabinetinin "İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nda dəyişiklik edilib. Sfera.az xəbər verir ki, bununl...

Vilayət Eyvazov generalın qohumunu yüksək vəzifəyə TƏYİN ETDİ

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Sfera.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafi...

Bu uşaq bezlərinin qiyməti bahalaşdı - SİYAHI

Son iki həftədə uşaq bezlərində qiymət artımı müşahidə olunur. Ümumilikdə bezlərin qiyməti 1-5 manat arası bahalaşıb. Sfera.az uşaq bezlərinin yeni və əvv...

Pensiyası az olanların NƏZƏRİNƏ: Əlavə müavinət təyin olunacaq

Azərbaycanda şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin olunacaq. ...

DİN-in Mətbuat Xidmətində yeni kadr təyinatı oldu

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətində yeni kadr təyinatı olub. Sfera.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovn...