Gəncədə ata və oğul bıçaqlandı
11:35 / 04.02.2022
701
Gəncə şəhərində qonşular arasında düşən mübahisə zəminində ata və oğul bıçaqlanıb.
Sfera.az xəbər verir ki, Gəncə şəhər sakinləri, 1964-cü il təvəllüdlü İ.Tağıyev və oğlu 1998-ci il təvəllüdlü A.Tağıyev mübahisə zəminində bıçaqla xəsarət alıblar.
Onlar xəstəxanaya yerləşdiriliblər. Həkimlər onların vəziyyətini qənaətbəxş kimi qiymətləndirirlər.
Hadisəni törətməkdə şübhəli bilinən 22 yaşlı R.Hüseynov isə polis əməkdaşları tərəfindən saxlanılıb. O, zərərçəkənlərin qonşusudur.
Faktla bağlı araşdırma aparılır.
(report)