Gədəbəyə dolu yağdı
Cəmiyyət
21:38 / 29.04.2022
1245
Aprelin 29-u saat 18:00-a olan məlumata əsasən Naxçıvan, Yardımlı, Lerikdə şimşək çaxıb, Şahbuz, Daşkəsən, Göy-göl, Gədəbəy, Şəmkir, Əyriçay-Başdaşağılda (Oğuz), Qrızda leysan xarakterli yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən Yeniacg.az-a verilən məlumata görə, saat 13:25 radələrində Gədəbəy rayonu ərazisinə yağışla birlikdə xırda dənəli dolu düşüb.
Analoji hal rayonun saat 13:35 radələrində Maarif və Daşbulaq kəndlərində də qeydə alınıb.