Fransanın millisinin qələbəsi Parisi xaos meydanına çevirdi - VİDEO

Fransanın millisinin qələbəsi Parisi xaos meydanına çevirdi - VİDEO
Fransanın futbol yığmasının dünya çempionatında qələbəsi ölkənin bir neçə şəhərində kütləvi iğtişaşlarla səbəb olub, ən azı iki ölüm faktı qeydə alınıb.

Sfera.az xəbər verir ki, final fitindən sonra yüz minlərlə adama küçələrə çıxıb. Paytaxt küçələrində təhlükəsizliyi 110 min polis əməkdaşı təmin etsə də, bayram sevinci tezliklə kütləvi iğtişaşa çevrilib. Gənclər vitrinləri sındıraraq mağazalardan spirtli içki butulkalarını götürüblər. Digərləri avtomobilləri aşırıblar. 

Gecə yarısı polis insanları şəhər mərkəzindən çıxarmağa çalışsa da, müqavimətlə üzləşib. Gənclər polisi daşa basıb, butulka atıblar. Polis cavab olaraq gözyaşardıcı qaz və su şırnaqları tətbiq edib.

Fransanın digər şəhərlərində qanun pozuntuları qeydə alınıb. Fruare şəhərində bir nəfər motosikleti iki uşağın üzərinə sürüb. Ansi şəhərində isə bir kişi Fransanın Xorvatiya üzərində qələbəsindən sonra körpüdən tullanıb və boynunu sındıraraq ölüb. Digər biri isə maşını ağaca çırparaq ölüb.
İğtişaşlar zamanı 8 nəfər saxlanılıb.

Qeyd edək ki, dünən Fransa millisi Xorvatiya üzərində 4:2 hesabı ilə qələbə qazanaraq 20 il fasilədən sonra yenidən dünya çempionu olub.

Rəsul
Sfera.az
 



OXŞAR XƏBƏRLƏR

FIFA DÇ-2022-nin himnini təqdim etdi - VİDEO

FIFA 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının rəsmi himnini təqdim edib. Sfera.az xəbər verir ki, mundiala həsr olunmuş mahnı və klip ali futb...

Samir Abasov azarkeşə əsəbiləşdi: "Dilini sox qarnına" - VİDEO

"Neftçi" Azərbaycan kubokunun 1/4 final mərhələsində "Sabah"la qarşılaşır. Sfera.az xəbər verir ki, qarşılaşmanın ilk hissəsində "Neftçi"nin baş məşqçisi ...

İlin ilk qolu vuruldu - VİDEO

2022-ci ildə futbol üzrə Avropa milli çempionatlarında ilk qol vurulub. Sfera.az xəbər verir ki, qol İngiltərə Premyer Liqasında qeydə alınıb. "Arsenal"ın...

"Qarabağ"ın təmiz qolunu saymayan hakim kimdir? - Məqsədli səhv, yoxsa təcrübəsizlik? - VİDEO

"Qarabağ" klubu UEFA bayrağı altında çıxış etdiyi növbəti qarşılaşmada hakim ədalətsizliyi ilə qarşılaşıb. Sfera.az xəbər verir ki, təmsilçimiz bu dəfə İs...

Azərbaycan əsilli “Ataman” UFC-də möhtəşəm nokautla qalib gəldi - VİDEO

Azərbaycan əsilli MMA idmançısı "Ataman” ləqəbli Rafael Fiziyev UFC-də növbəti döyüşünü keçirib. Sfera.az  "oxu.az"-a istinadən xəbər verir ki, Fiziy...

Azərbaycan güləşçisi Fransada ermənini DİZ ÇÖKDÜRDÜ - VİDEO

Fransada klublararası güləş çempionatı start götürüb. Sfera.az xəbər verir ki, ilk turda Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasovun çıxış etdiyi "Ş...