Fransa qırıcıları Brejnevin təyyarəsini niyə atəşə tutmuşdu? – Pilotun qəhrəmanlığı nazir kreslosu ilə mükafatlandırıldı

Fransa qırıcıları Brejnevin təyyarəsini niyə atəşə tutmuşdu? – Pilotun qəhrəmanlığı nazir kreslosu ilə mükafatlandırıldı
SSRİ-də hakimiyyət dəyişikliyi zamanı yeni baş katiblər fəaliyyətlərini adətən kadr islahatları ilə başlayıblar. Birincilərin ilk işi öz komandalarını formaşlaşdırmaqdan ibarət olub.
 
Bu ənənə Stalin dövründən başlayaraq Qorbaçov hakimiyyətinə qədər davam edib. Kadr məsələsində Yuri Andropov daha sərt mövqe sərgiləyib, o, 15 aylıq hakimiyyəti dövründə 19 naziri, 37 vilayət partiya komitəsinin birinci katibini vəzifələrindən azad edib. Amma sərt baş katib uzun illər Brejnevlə yaxın dostluq etmiş SSRİ mülki aviasiya naziri Boris Buqayevə toxunmayıb. Sonralar hakimiyyətə gələn Çernenko da, Qorbaçov da aviasiya nazirinin kürsüsünü laxlatmaq fikrində olmayıblar.

Sfera.az 17 il nazir kürsüsündə əyləşən Boris Buqayevin fəaliyyəti və "toxunulmazlığı”nın səbəbləri haqda yazını təqdim edir.

Boris Buqayev 1923-cü ildə Ukraynanın Uman şəhərində müəllim ailəsində anadan olub. Orta təhsilini başa vurduqdan sonra orta ixtisas pilot məktəbində oxuyub. Daha sonra təhsilini Mülki Aviasiya Ali Məktəbində davam etdirib.



Sovet-alman müharibəsində Buqayev Ukrayna partizan hərəkatının fəal üzvlərindən biri olub, müharibə illərində göstərdiyi qəhrəmanlıq və şücaətlərə görə dəfələrlə mükafatlandırılıb.

Müharibədən sonra Buqayev "Vnukovo” aeroportunda pilot-instruktor vəzifəsində işləyib. Bu ərəfədə o, ən uzun məsafəli uçuşları həyata keçirib. 1957-ci ildə onu mülki aviasiyanın xüsusi təyinatlı dəstəsinə komandir təyin ediblər. Dövlət və hökumət nümayəndələrinin uçuşlarını məhz o həyata keçirib. Bu vəzifə Buqayevin gələcək vəzifə karyerasında böyük rol oynayıb. 9 fevral 1961-ci ildə baş verən hadisə isə onun həyatını bütövlükdə dəyişib.

Həmin gün sovet nümayəndə heyəti Qvineya Respudlikasına səfər edərkən saat 14.23-də Aralıq dənizi üzərində, həmin dövrdə müharibə vəziyyətində olan Əlcəzairin şimal hissəsindən 130 kilometr aralıda, 8250 metr yüksəklikdə Fransa hərbi-hava qüvvələrinin hücumuna məruz qalıb.

 
Brejnevin də içərisində olduğu 75708 nömrəli "İl-18” təyyarəsinin yaxınlığında qırıcılar görünüb. Brejnev əvvəlcə elə düşünüb ki, fransızlar SSRİ nümayəndə heyətinin təhlükəsizliyi üçün onları müşayiət edirlər və bunu böyük bir hörmət kimi qəbul edib. (Qeyd edək ki, həmin ərəfədə müharibə vəziyyətində olan Əlcəzair Fransanın müstəmləkəsi olub və yalnız 1962-ci ildə müstəqil dövlət kimi tanınıb). Amma qırıcılardan açılan atəşlərdən sonra məlum olub ki, heç də Leonid İliçin düşündüyü kimi deyil. Təyyarənin pilotu Boris Buqayev dərhal dispetçer məntəqələri ilə əlaqəyə girib, fransız və ingilis dillərində hadisə ilə bağlı dispetçerə məlumat verib.
 
Pilot müəyyən olunmuş uçuş üzrə hava məkanında hərəkət istiqaməti ilə bağlı əvvəlcədən məlumat verildiyini də bildirib. Üç dəqiqə ərzində qırıcılar müşayiətlərini davam etdirdikdən sonra Buqayev danışıqların mənasız olduğunu anlayaraq təyyarəni peşəkarlıqla təhlükəsiz istiqamətə çıxara bilib.
 
Sonralar həmin təhlükəli anları Boris Buqayev belə xatırlayıb:

"Bu gözlənilməz bir hadisə idi. Adətən, təyyarə hansı nöqtədən müşayiət olunacaqsa bu əvvəlcədən bildirilir. Qırıcılar ətrafımızda görünəndə Brejnev dedi ki, burada heç bir pis məqsəd ola bilməz, bunu təhlükəsizliyimiz üçün edirlər. Mən onun bu fikirlərinə qarşı çıxmadım. Amma dəqiq bilirdim ki, heç bir təhlükəsizlikdən söhbət gedə bilməz. Mən dərhal rabitə əlaqəsinə girdim, başa saldım ki, hava məkanındakı hərəkət istiqamətimiz əvvəlcədən qeydə alınıb, yəni biz heç bir qanun pozuntusuna yol verməmişik. İki dəfə "Okey” deməklə cavabı bitirdilər. Daha üç dəqiqə keçdi, qırıcılar hələ də ətrafımızda dolaşırdılar və atəş açırdılar. Mən məcbur olub istiqamətin dəyişdirilməsi ilə bağlı dispetçerə məlumat verdim və təyyarəni qırıcıların arasından çıxararaq təhlükəsiz istiqamətə yönləndirdim...”



Bu hadisə sovet mətbuatında geniş işıqlandırılıb, jurnalistlər Fransanın hərbi-hava qüvvələrini "bandit uçuşlarının müəllifi” adlandırıblar. Xarici işlər naziri Andrey Qromıko nota imzalayıb. SSRİ rəhbərliyi Moskvadakı səfirlikləri hadisəyə reaksiya verməyə çağırıb. Fransanın Xarici İşlər Nazirliyi hadisə ilə bağlı təəssüf hissi keçirdiklərini bildirib və öz ölkələrinin hərbi-hava qüvvələrində bu məsələnin ciddi şəkildə araşdıracaqlarını, gühahkarları cəzalandıracaqlarını bildiriblər.

Bəli, bütün bu qalmaqal, baş vermiş insident, gərginləşmiş münasibətlər Boris Buqayevin həyatına işıqlı bir yol açıb. Qvineya səfərini unutmayan Brejnev hakimiyyətə gəldikdən sonra Boris Buqayevi 1966-cı ildə mülki aviasiya nazirinin müavini, bir ildən sonra isə birinci müavini təyin edib. 1970-ci ildə Boris Buqayev nazir kürsüsünə sahib olub. Baş katib peşəkar pilotu SSRİ Mülki Aviasiya Nazirliyinə rəhbər gətirib, ona aviasiya marşalı rütbəsini verib. Buqayev eyni zamanda  Brejnevin şəxsi pilotu olub.



Zaman-zaman Brejnevlə Buqayevin arasında sıx dostluq münasibətləri yaranıb. Baş katib dostuna qarşı səxavətini əsirgəməyib, ona Moskvanın mərkəzində mənzil, Moslva ətrafında bağ evi hədiyyə edilib. Bununla yanaşı Buqayev ən ali dövlət mükafatları ilə, o cümlədən iki dəfə "Qızıl ulduz”, beş dəfə "Lenin” ordeni ilə təltif olunub. Buqayev həmçinin 8-11-ci çağırışlarda (1970-1989-cu illər) Azərbaycandan SSRİ Ali Sovetinə deputat seçilib.

Buqayevin uğurlu karyerasında Brejnevin böyük rolu olsa da, bu məsələdə onun peşəkarlığı da öz sözünü deyib. Elə bu səbəbdən də Brejenevdən sonra nə Andropov, nə Çernenko, nə də Qorbaçov Buqayevi vəzifəsindən azad etmək fikrinə düşməyiblər. O, 1987-ci ildə səhhəti ilə bağlı könüllü olaraq nazir kürsüsünü təhvil verib.

Boris Buqayev 2007-ci ildə vəfat edib. Aviasiya marşalı hərbi şərəflə Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.
 
İlham Cəmiloğlu
Sfera.az

 
 
 
 
 
 
 

OXŞAR XƏBƏRLƏR

Əli Həsənov ittihamlara CAVAB VERDİ: "Şahbaz adlı adam tanımıram"

"Mən Xural TV-yə baxmıram, o, adamla da əlaqədar heç bir şey demirəm”.  Sfera.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Qaçqınları...

Baş redaktor sirkə turşusu içib zəhərləndi – Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Bakıda jurnalist Nəsimi Şərəfxanlı evində sirkə turşusu içərək zəhərlənib.  Sfera.az xəbər verir ki, o, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbə...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - TAM MƏTN

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər. Pr...

Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI - ÖLƏN VAR

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ...

Paytaxtda “axşambazarı”na maraq artıb: Qiymət fərqi nə qədərdir? - VİDEO

Son aylar bahalaşma ilə əlaqədar istehlakçılar xüsusilə "axşambazarı”na üstünlük verirlər. Bəs "axşambazarı”ndakı qiymət fərqi nə qədərdir? Doğrudanmı səhər əly...

Mərkəzi Bankdan dollarla bağlı RƏSMİ MƏLUMAT

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Sfera.az xəbər verir k...