Flora Kərimova Prezidentə hərbi salam verdi - “Sizi sevirəm, oğul” - VİDEO

Flora Kərimova Prezidentə hərbi salam verdi - “Sizi sevirəm, oğul” - VİDEO
Xalq artisti Flora Kərimova Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Şərəf” ordeni ilə təltif edilməsi ilə bağlı açıqlama verib.

Sfera.az xəbər verir ki, ARB-də yayımlanan "Elgizlə izlə” verilişinin qonağı olan ifaçı ölkə başçısına təşəkkür edib.

Ali Baş Komandana hərbi salam verərək çıxışına başlayan Flora Kərimova bildirib ki, dövlət başçısı bu diqqəti onun əsgərinə verib:

"Dövlət başçımız millətimi, xalqımı sevindirdi. Ali Baş Komandan bu diqqəti onun əsgərinə verdi. Adətən məni sənətkar kimi tərifləyəndə, deyirəm, sənətkarı tərifləməzlər. O istedadı Allah verir. Ancaq istedada qiymət verməyə ürək lazımdır. Biz naxışlı millətik. Naxışlı millətik ki, bizim siz varsınız. Mən düşünürdüm ki, bu dünyadan Şuşanı görmədən gedəcəm. Siz mənə arxayınlıq bağışladınız. Bu gün anamın ruhunu təbrik etdim. Məni anamın yanında xəcalətli qoymadınız. Ancaq valideyn itirən övlad bilər mənim yanğımı. Birinci sözüm o oldu ki, ana, bağışla, bu günə qədər olan sevinclərimi sənsiz yaşayıram. İndi hamınızın qarşısında deyirəm:  Analar, bağışlayın ki, bu torpaq sizi övladsız qoydu, torpağı sizə ərmağan elədi. Çünki ən böyük oğlunuz, ağlı, savadı, iradəsi ilə bu millətin qarşısında gedirdi. Mən sizi sevirəm, oğul! Çox fəxr edirəm ki, mənim, xalqımın sizin kimi oğlu var!”

Qeyd edək ki, dövlət başçısının digər sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Kərimovaya Prezidentin fərdi təqaüdü də verilib.
 


OXŞAR XƏBƏRLƏR

Dilarə Kazımovanın verilişində Səmra və Səbinə dodaq-dodağa öpüşdü – ŞOK VİDEO

Dilarə Kazımova və Səbinə Nuriyevanın aparıcılıq etdiyi "Dəb elə mənəm” proqramının bu dəfəki qonağı model Səmra Hüseynova olub. Sfera.az  xəbər veri...

"Maşınla üstündən keçəcəm" - Pərvindən keçmiş nişanlısına

Aktrisa Pərvin Abıyeva "Onun sirri" verilişində qonaq olub.  Sfera.az xəbər verir ki, o, yenidən şəxsi həyatı ilə gündəmə gəlib. Belə  ki, ...

Həmcinsi ilə evləndiyi deyilən Səxavət Nur danışdı - VİDEO

Tanınmış teleaparıcı Səxavət Nur haqqında yayılan xəbərə münasibət bildirib.   Sfera.az xəbər verir ki, teleaparıcı hazırda evli olmadığını deyib.  ...

Damla Kəramətə verdiyi müsahibəni hər yerdən sildirir - VİDEO

"Bir alim adı çəkə bilərsiniz?” Sfera.az xəbər verir ki, bu sualı yazıçı Kəramət Böyükçöl müğənni Damla (Mənsumə İbrahimova) ilə müsahibə zamanı verib. Da...

Flora Kərimova Prezidentə hərbi salam verdi - “Sizi sevirəm, oğul” - VİDEO

Xalq artisti Flora Kərimova Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Şərəf” ordeni ilə təltif edilməsi ilə bağlı açıqlama verib. Sfera.az xəbər veri...

Rəqsanə İsmayılova: “Yoldaşıma dedim ki, torpaq al pomidor və xiyar əkim” - VİDEO

Müğənni Rəqsanə İsmayılova maraqlı açıqlaması ilə gündəmə gəlib. Sfera.az xəbər verir ki, əkinçiliyi sevən sənətçi "ATV maqazin onlarla” verilişinə müsahi...