Finalda məğlub olan Rafael Ağayev ağladı - VİDEO
12:28 / 01.07.2019
4029
Ötən gün "Minsk 2019” ikinci Avropa Oyunlarında Azərbaycan karateçisi Rafael Ağayev (75 kq) finalda ukraynalı Stanislav Horuna məğlub olub.
R.Ağayev finalda məğlub olaraq Azərbaycanın aktivinə 10-cu gümüş medalı yazdırıb.
Medalların təqdim edildiyi mərasimdə göz yaşlarını saxlaya bilməyən Rafaelə azarkeşlər alqışlarla dəstək olub. Onun bu görüntüsü sosial şəbəkədə də diqqət çəkib. Əksər izləyicilər Rafaelə dəstək mesajları yazıb.
Beləliklə, "Minsk 2019” ikinci Avropa Oyunlarında 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq komanda hesabında 10-cu yerdə qərarlaşıb. Medalların 5-i qızıl, 10-u gümüş, 13-ü isə bürüncdür.
Xatırladaq ki, üçüncü Avropa Oyunları 2023-cü ildə Polşanın Krakov şəhərində keçiriləcək.