Feysbuk sürətli video tanışlıq xidmətini təqdim edəcək

Feysbuk sürətli video tanışlıq xidmətini təqdim edəcək
Feysbukun eksperimental "NPE Team” komandası "Sparked” adlı xidmətinin testlərini başlayıb.

Sfera.az "The Verge” nəşrinə istinadən xəbər verir ki, yeni xidmət "yaxşı insanlarla sürətli video tanışlıq” üçün yaradılır.

"Sparked”da qeydiyyatdan keçmək üçün Feysbuk vasitəsilə veb tətbiqə daxil olmaq və məlumatları yazmaq lazımdır. Şəxsi hesabı yaradarkən istifadəçi onun niyə tanışlıq üçün yaxşı insan olduğu sualına cavab verməlidir. "Sparked” komandası cavabları özü yoxlayır.

Qeydiyyatdan keçdikdən sonra, "Sparked” istifadəçiyə onlayn söhbətə qoşulmağı və iştirakçılarla video söhbətə başlamağı təklif edəcək.

Hər söhbət 4 dəqiqə davam edir. Uğurlu olarsa, istifadəçilər ikinci dəfə 10 dəqiqəlik söhbət üçün görüşə biləcəklər.

Sonda "Sparked” istifadəçilərə "Instagram”, "iMessage” və ya elektron poçtla əlaqə saxlamağı təklif edəcək. // "Report"


OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

"WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər. Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, artıq fərdi komp...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.   Sfera.az xəbər verir ki, cihaz eyni...