“Facebook”la bağlı qalmaqala səbəb olan şirkət özünü bankrot elan etdi

“Facebook”la bağlı qalmaqala səbəb olan şirkət özünü bankrot elan etdi
87 milyon "Facebook” istifadəçisinə məxsus məlumatları qeyri-qanuni şəkildə və siyasi seçkilərin nəticəsində təsir etmək üçün istifadədə ittiham olunan "Cambridge Analytica” (CA) şirkəti ömrünü başa vurub.

Sfera.az xəbər verir ki, "Cambridge Analytica” may ayında özünü bankrot elan etmək üçün müraciət edəcəyini, mətbuatda çıxan xəbərlərin müştərilərini qaçırdığını açıqlamışdı.

Mübahisəli şirkət qapansa belə "Facebook” məlumatlarını necə istifadə etmələri ilə bağlı aparılan istintaq davam edəcək.

"Facebook” 87 milyon istifadəçisinə məxsus məlumatların bir yerdə toplandığını, daha sonra "Cambridge Analytica” şirkətinə verildiyini açıqlamışdı. Donald Trampın seçki kampaniyası üçün işləyən şirkət bu məlumat bazası ilə 2016-cı il prezident seçkisinə və Breksit referendumunun nəticələrinə təsir göstərməkdə ittiham olunur.

Qalmaqal "Cambridge Analytica” üçün çalışan Kristofer Vaylinin bu məlumatları açıqlaması ilə ortaya çıxmışdı. Qalmaqal nəticəsində "Cambridge Analytica”nın idarə heyətinin üzvü işdən qovulmuş, Mark Zukerberq isə ABŞ Senatında ifadə verməyə məcbur olmuşdu.
 
Rəsul
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

İlin ilk Ay tutulması başa çatdı - VİDEO

İlin ilk Ay tutulması hadisəsi başa çatıb. Sfera.az xəbər verir ki, bu, tam Ay tutulması olub. Təbii hadisə saat 07:29-da başlayıb, saat 8:53-də son...

İlon Mask "Twitter"i aldı

Amerikalı milyarder, "SpaceX” və "Tesla” şirkətlərinin qurucusu İlon Mask tviter sosial şəbəkəsini alıb.   Sfera.az xarici mətbuata istinadən xəb...

“Facebook” prezident seçkilərinə görə bu hesabları silir – 9 Mayadək davam edəcək…

"Meta” şirkəti Filippində səsvermə ərəfəsində dezinformasiyaya qarşı mübarizə aparmaq üçün "Facebook” hesablarını silir.   Sfera.az xəbər verir ki,...

“Bu ölkələrdə qan tökülməsi normaldır”- İngiltərə şahzadəsi

Londonda Ukrayna Mədəniyyət Mərkəzinə səfəri zamanı danışan şahzadə Uilyam Afrika və Asiyada qan tökülməsini normal hal kimi qiymətləndirib. Sfera.az xəbə...

Türkiyədən növbəti hərbi-texnoloji nailiyyət - VİDEO

Türkiyə havadan-havaya raket texnologiyasını inkişaf etdirib. Sfera.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz tvitter hesabında bu bar...

"iPhone" 18 yaşlı oğlanın həyatını xilas etdi - FOTO

"iPhone" sayəsində yeniyetmənin həyatı xilas edilib. Sfera.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-da yaşayan 18 yaşlı Gael Salcedo adlı şəxs&nbs...