Facebook "Youtube"a rəqib olur: Artıq istifadəçilər öz videolarından pul qazana biləcək

Facebook
"Facebook"un digər platformalara rəqib olmaq istəyi uzun müddətdir ki, hərkəsə bilinir. Ən böyük istəyi isə Youtube video platformasının yerinə keçmək və sosial media olaraq insanların öz platformasına daha çox fokuslanmasıdır. Uzun müddət əvvəl Facebook istifadəçilərin videolarına reklam yerləşdirir və gəlir əldə etməsinə yardım edirdi. Amma həm reklam sayı az idi, həm hər bölgəyə tətbiq edilmirdi. İndi isə artıq işlər daha qızışacaq.

Facebook artıq istifadəçilərin videolarına daha çox reklam yerləşdirəcək. Həç gəlir payı artacaq, həm yeni reklam tipləri ortaya qoyulacaq.    

Amma bəzi şərtlər var. Bu şərtlərə uyğun olmayan videolara Facebook tərəfindən reklam yerləşdirilməyəcək.

Video özünüzə aid olmalıdı. Yəni öz istehsalınız. Məsələn: VLOG videoları, kiçik sinematik videolar, üzünüzün göründüyü izahlı videolar, oyun videoları(öz çəkdiyiniz) və s.

Videoların baxış sayı çox olmalıdı ki, alqoritma sizi izlənilən bir şəxs kimi qəbul etsin və Facebook reklamları sizin videolara yerləşdirilsin.
Videoda Facebook xarici başqa reklam olmamalıdı. Yəni hər hansı sponsorluq hesabına çəkilən videolara Reklam yerləşdirilməyəcək.
Eyni görüntülərin təkrarlandığı videolara Facebook reklam yerləşdirməyəcək.    

Hələki test olaraq bəzi istifadəçilər üçün istifadəyə verilsə də, bir müddət sonra hərkəs yararlana biləcək. Qeyd etməliyik ki, reklam başına verilən payın miqdarı hər ölkəyə görə dəyişəcək. Və bu məbləğ hələ dəqiqləşməyib.(technote.az)
 


OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

"WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər. Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, artıq fərdi komp...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.   Sfera.az xəbər verir ki, cihaz eyni...