“Facebook” və “Instagram” xidmətlərini Avropa ölkələrində dayandıra bilər

“Facebook” və “Instagram” xidmətlərini Avropa ölkələrində dayandıra bilər
"Meta” şirkəti Avropa İttifaqı ölkələrində "Facebook” və "Instagram” sosial şəbəkələrinin dayandırılması variantlarını nəzərdən keçirir.

Bu barədə şirkətin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim etdiyi hesabatda bildirilib.

Aİ-nin yeni qanunu Avropa ölkələrinin vətəndaşlarından istifadəçi məlumatlarını toplayan şirkətlərdən bu məlumatları Avropa serverlərində saxlamağı və işləməyi tələb edir. Bununla belə, "Facebook” və "Instagram” məlumatları ABŞ-da yerləşən serverlərdə də göndərir.

Sosial medianın ana şirkəti "Meta” ehtimal verir ki, yeni qaydalara əməl etməyəcəyi təqdirdə xidmətlərini Avropada təqdim etməyi dayandırmaq məcburiyyətində qalacaq.

"Meta Platforms”un qlobal məsələlər və kommunikasiyalar üzrə vitse-prezidenti Nik Kleq iddia edir ki, bu, Aİ-də şirkət tərəfindən təqdim olunan xidmətlərə və reklamlara arxalanan bir çox biznesə zərər verəcək.

OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

"WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər. Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, artıq fərdi komp...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.   Sfera.az xəbər verir ki, cihaz eyni...