Facebook Stories'ə səsli mesajlar funksiyası gəldi

Facebook Stories'ə səsli mesajlar funksiyası gəldi
Facebook bugündən etibarən öz Stories bölməsinə 3 yeni funksiyanı əlavə edib. Lakin hələki sevinmək üçün tezdir. Çünki sözügedən funksiyalar hələki Hindistanda aktiv edilib. Həmin funksiyalar ilə aşağıdan tanış ola bilərsiniz.

- Səsli mesajlar: Bundan sonra istifadəçilər Stories-də rəngli fonlarla, fotolarla, stikerlərlə və əlavə mətnlə birlikdə səsli mesajlar da göndərə biləcəklər. Beləliklə Stories-dəki səsli mesajlar funksiyası istifadəçini klaviaturadan istifadədən azad edəcək.

- Facebook Camera daxilində istifadəçinin Stories-də paylaşdığı foto və videoların saxlanması üçün bulud servis: Bu funksiya sayəsində istifadəçilər öz smartfonlarının daxili yaddaş həcmlərinə qənaət edə biləcəklər. Dünya üzrə bir çox istifadəçilər yeni fotolar paylaşmaq üçün öz cihazlarından köhnə fotoları pozmalı olurlar. Lakin həmin bulud servisində hansı yaddaş həcminin olacağı barəsində məlumat verilməyib.

- Stories-lər üçün arxiv: İstifadəçilər tərəfindən paylaşılmış və 24 saatdan sonra avtomatik pozulan Stories paylaşımları həmin arxivə düşəcək. Həmin arxivdən istifadəçilər öz Stories paylaşımlarını sosial şəbəkədəki ana səhifələrində paylaşa biləcəklər. Buna oxşar funksiya həmçinin Instagram Stories-də də var. Hindistanda aktiv edildikdən sonra bu yeni funksiyaların bütün istifadəçilər üçün də aktiv ediləcəyinə Facebook söz verib. Lakin bunun nə zaman olacağı bilinmir./technote.az
 

OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

"WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər. Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, artıq fərdi komp...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.   Sfera.az xəbər verir ki, cihaz eyni...