"Facebook" nəhəng layihəsindən vaz keçdi - Havadan gələn internet xəyal oldu
Texnologiya
18:16 / 28.06.2018
3187
Dünyanın ən məşhur şirkətlərindən olan "Facebook” pilotsuz hava nəqliyyat vasitələri ilə internet yaymaq proyektindən vaz keçib.
Sfera.az-ın xarici mediaya istinadən xəbərinə görə "Facebook” tərəfindən 2014-cü ildə start verilən "Aquila” proyekti çərçivəsində sınaq uçuşları dayandırılıb. "Facebook” rəqibi "Google”dan fərqli olaraq uzun müddət havadan internet əldə etməyə nail ola bilməyərək bu proyektdən vaz keçib.
Bir müddət öncə şirkət sınaq uçuşları ərəfəsində "İHA”nın (Pilotsuz Hava Vasitəsi) qanadlarından birinin qırıldığını açıqlamışdı.
Xatırladaq ki, daha çox insanın internetə girişinə nail olmaq məqsədi gedən şirkət bu layihəyə start verərkən hətta "Airbus” şirkəti ilə də əməkdaşlıq etməyi planlaşdırmışdı.
Camal
Sfera.az