“Əvvəlcə sənədsiz evlər problemi həll edilməlidir, sonra qeydiyyat...” - Vətəndaşlar “hava”da qalacaq?

“Əvvəlcə sənədsiz evlər problemi həll edilməlidir, sonra qeydiyyat...” - Vətəndaşlar “hava”da qalacaq?
Son günlər polis idarələrində müvəqqəti qeydiyyatda olan vətəndaşların qeydiyyatının ləğv edilməsi prosesi həyata keçirilir. Bu isə əksər insanlar tərəfindən birmənalı qarşılanmır.
 
Belə ki, yeni qaydanın şəxsiyyət vəsiqəsi alarkən, eləcə də digər məqamalarda müvəqqəti qeydiyyatda olan şəxslərə problem yaradacağı bildirilir. Maraqlıdır, müvəqqəti qeydiyyatın ləğv edilməsi hansı zərurətdən yaranıb və bu, doğru qərardırmı? Müvəqqəti qeydiyyatın ləğvi hansı problemləri yarada bilər və belə olan halda vətəndaşlar nə etməlidir?

Vəkil Turan Abdullazadə Sfera.az-a açıqlamasında bu suallara cavab verib:
 
"Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin tələbinə görə, hər bir şəxs Azərbaycan ərazisində müstəqil hərəkət edə, özünə yaşayış yeri seçə bilər. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. Qeydiyyata almaqdan qanunsuz imtina yolverilməzdir. Əgər vətəndaş belə hallarla qarşılaşarsa, onun müvafiq qurumlara şikayət etmək hüququ var. Vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında əsasnamədə qeyd olunmuşdur ki,  müvafiq icra hakimiyyəti orqanı vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmağa borcludurlar.

İnzibati Xətalar Məcəlləsinə əsasən vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına görə- xəbərdarlıq edilir və ya iyirmi manat məbləğində cərimə edilir. Buradan da görünür ki,  vətəndaşın ölkə ərazisində qeydiyyatsız və şəxsiyyət vəsiqəsiz yaşaması məsuliyyətə səbəb olur. Buna görə də qeydiyyatı olmayan vətəndaşlar müvafiq dövlət qurumlarından onların qeydiyyata alınmasını tələb etməkdə tamamilə haqlıdırlar”.

Müsahibimiz sənədsiz evlələrlə bağlı proeblemin aradan qaldırılmasından sonra qeydiyyat məsələsinin də yoluna düşəcəyini deyib:

"Ümumiyyətlə, Bakıda qeydiyyatsız yaşayanların qeydiyyata düşməsinə mane olan səbəblərdən biri sənədsiz evlərin çoxluq təşkil etməsidir. Sənədsiz evlərə isə qeydiyyata düşmək qeyri mümkündür. Məhz bu səbəbdən vətəndaşların bir çoxu qeydiyyat baxımınından  "havada” qalır. Ona görə də bu məsələ ancaq qanunsuz tikililərin sənədləşdirilməsindən sonra həll oluna bilər.

Əgər şəxs yaşadığı yerdən qeydiyyatdan çıxıbsa və ya çıxarılıbsa, növbəti yaşayış yeri yoxdursa, qeydiyyata düşə bilmirsə, sonuncu qeydiyyatda olduğu ərazinin polis orqanının inzibati binasında qeydiyyata alınmalı və şəxsiyyət vəsiqəsi ilə təmin olunmalıdır.  Əgər vətəndaşlarda bu halla bağlı müəyyən problemlər yaranarsa, dərhal hüquq-mühafizə orqanlarına və ya məhkəmələrə müraciət etməlidir. Düşünürəm ki, qanunsuz evlərin tam sənədləşdirilmədiyi təqdirdə bu məsələnin həlli mümkün olmayacaq. Qanunun tələblərinə zidd olaraq qeydiyyata almaqdan şifahi və yazılı imtina edilməsindən, eləcə də vətəndaşlardan, vətəndaşlığı olmayan şəxslərdən, əcnəbilərdən Qanunda nəzərdə tutulmayan sənədlər tələb olunmasından və ya qeydiyyata alınmasında süründürməçiliyə yol verilməsindən vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər, əcnəbilər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməmiş vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər, əcnəbilər, habelə, qeydiyyata almaqdan əsassız imtina edən, qeydiyyata almaq üçün vətəndaşlardan, vətəndaşlığı olmayan şəxslərdən, əcnəbilərdən "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmayan sənədlər tələb edən, qeydiyyata almaqda süründürməçiliyə yol verən və ya digər qeydiyyata alma və qeydiyyatdan çıxarılma qaydalarına əməl etməyən təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar”.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Əli Həsənov ittihamlara CAVAB VERDİ: "Şahbaz adlı adam tanımıram"

"Mən Xural TV-yə baxmıram, o, adamla da əlaqədar heç bir şey demirəm”.  Sfera.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Qaçqınları...

Baş redaktor sirkə turşusu içib zəhərləndi – Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Bakıda jurnalist Nəsimi Şərəfxanlı evində sirkə turşusu içərək zəhərlənib.  Sfera.az xəbər verir ki, o, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbə...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - TAM MƏTN

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər. Pr...

Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI - ÖLƏN VAR

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ...

Paytaxtda “axşambazarı”na maraq artıb: Qiymət fərqi nə qədərdir? - VİDEO

Son aylar bahalaşma ilə əlaqədar istehlakçılar xüsusilə "axşambazarı”na üstünlük verirlər. Bəs "axşambazarı”ndakı qiymət fərqi nə qədərdir? Doğrudanmı səhər əly...

Mərkəzi Bankdan dollarla bağlı RƏSMİ MƏLUMAT

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Sfera.az xəbər verir k...