“Etik normaya sığmayan mesajlar göndərilir” - Murad Dadaşov

“Etik normaya sığmayan mesajlar göndərilir” -  Murad Dadaşov

"Son vaxtlar mənim mobil nömrəm və sosial şəbəkələrdə olan şəxsi hesablarımdan (Facebook, İnstagram, WhatsApp və.s) dostlarım, yaxınlarım, hətta tanımadığım şəxslərə heç bir etik normaya sığmayan mesajlar göndərilir. Hətta özlərini başqa adamların adıyla təqdim edərək, mənimlə uydurma yazışmalara da əl atırlar".

Sfera.az APA-ya istinadən bildirir ki, bu barədə ictimaiyyətə müraciətində əməkdar artist Murad Dadaşov bildirib.

M. Dadaşov qeyd edib ki, son illər müasir dünyanın aparıcı sahələrindən olan rabitə və kommunikasiya həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib:

"İnsanlar arasında operativ ünsiyyət, əlaqə, informasiyanın asan əldə olunması, məlumatlı olmaq kimi faktorlar müsbət haldır. Lakin bu üstünlüyün mənfi tərəfləri də var. Çox təəssüf ki, müasir dünyamız belə hallarla mübarizə aparmaqda bəzən çətinlik çəkir.

Mənim adımdan tanımadığım şəxslərə heç bir etik normaya sığmayan mesajlar göndərilib. Ölkə ictimaiyyətinin nəzərinə çatdırmaq istəyirəm ki, belə bir xoşagəlməz hadisə ilə son zamanlar mən və ölkənin digər tanınmış şəxsləri də qarşılaşır və heç də təsadüfi deyil. Belə ki, bunlar respublikamızda ictimai sabitliyi pozmaq, insanlar arasında neqativ münasibət yaratmaq və hətta ölkəmizdəki mühüm siyasi hadisələr ərəfəsində ( parlament seçkiləri və.s) gərgin mühitə səbəb olmaq, bir sözlə təxribat məqsədi daşıyır".


O qeyd edib ki, ölkənin tanınmış şəxsləri daima ictimaiyyətin diqqət mərkəzində olduqları üçün bəzən xoşagəlməz hadisələrlə qarşılaşmağa öyrəşiblər:

"Çox təəssüf ki, son zamanlar bu analoji hal ilə mən də üzləşirəm. Mobil nömrəm və sosial şəbəkələrdə olan şəxsi hesablarımdan (Facebook, İnstagram, WhatsApp və.s) dostlarım, yaxınlarım, hətta tanımadığım şəxslərə mənim adımdan heç bir etik normaya sığmayan mesajlar göndərilir. Hətta özlərini başqa adamların adıyla təqdim edərək, mənimlə uydurma yazışmalara da əl atırlar. Hər kəsin nəzərinə çatdırmaq istəyirəm ki, mənim də hesablarım hakerlərin təcavüzünə məruz qalıb. Əlbəttə ki, belə bir mənfi halla qarşılaşmağı heç kim istəməz və bundan sığortalanan yoxdur". 

M. Dadaşov bu hadisəni xuliqanlıq kimi qiymətləndirib:

"Amma son zamanlar adımızdan göndərilən, həmçinin adımız, ailə üzvlərimiz, yaxınlarımızın ünvanına səslənən hədə-qorxu, təhdid və təhqir dolu mesajların artması məni bununla bağlı ciddi məşğul olmağa vadar etdi. Bu məsələ ilə bağlı müvafiq hüquq-mühafizə, təhlükəsizlik orqanları və kiber cinayətkarlığa qarşı mübarizə aparan beynəlxalq qurumlara rəsmi müraciət etmişəm. Həmin əməli törədən şəxslər barəsində istintaq araşdırmaları artıq başlayıb". 

M. Dadaşov bu məsələni işıqlandıran KİV nümayəndələrini də diqqətli olmağa, şişirdilmiş, sensasiya xarakterli və uydurulmuş məlumatlardan istifadə etməməyə çağırıb:

"Məsələ ciddi nəzarət altında olduğu üçün həmin media qurumları haqqında sərt tədbirlər görüləcək. Unutmayaq ki, yalanı yaratmaq və yaymaq özü bir cinayətdir. Xahiş edirəm, diqqətli olun!"

O, həmçinin bu məsələ ilə bağlı narahatlıq yaşayan şəxslərə göstərdikləri anlayış və alicənab rəftara görə təşəkkür edib.


OXŞAR XƏBƏRLƏR

45 minlik üz kreminə görə qınağa tuş gələn aktrisadan AÇIQLAMA: "İndi hər şey bahadır"

Dəbdəbəli həyatı ilə tez-tez gündəmdə olan aktrisa Yasemin Özilhan sosial şəbəkələrdəki paylaşımları ilə müzakirə obyektinə çevrilib.   Sfera.az bildirir...

Renka qalmaqallı görüntülərindən danışdı: "Hamımız ana südü ilə böyüyürük... " - VİDEO

Rəqqasə Renka (Rəna Ağamuradova) qalmaqallı videosu ilə bağlı açıqlama verib. Sfera.az xəbər verir ki, bu haqda "MTV maqazin"ə danışan rəqqasə müzakirələrə ...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Cazibədar aktrisanın 7 hamamlı malikanəsi - FOTOLAR

Məşhur aktrisa Kameron Diaz yeni malikanə alıb.   Sfera.az bildirir ki, ulduz, musiqiçi həyat yoldaşı Benji Maddenlə birlikdə aldığı evə 12,6 milyon doll...

Klarnet ifaçısından biabırçı açıqlama: “Qızımı Elməddinin şəkli ilə qorxudurdum”

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktyor Elməddin Cəfərovla bağlı müzakirələrə səbəb olacaq açıqlama verib.   Sfera.az yazır ki, musiqiçi qız...

Nazilə Səfərlinin oğlunun toyuna 1000 manat yazdıran MƏŞHURLAR KİMLƏRDİR? - VİDEO

Şair Nazilə Səfərlinin oğlu Nurlana etdiyi toyun əks-sədası bitmək bilmir. "7 canlı” verilişində aparıcı Vüsalə Əlizadə onun övladının toyuna pu...