Ermənistanın yalan maşını iş başında: 800 nəfərə cinayət işi açıb, Azərbaycanı ittiham edirlər

Ermənistanın yalan maşını iş başında: 800 nəfərə cinayət işi açıb, Azərbaycanı ittiham edirlər
Ermənistanın Baş prokuroru Artur Davtyan parlmentin dövlət və hüquq məsələləri daimi komissiyasının iclasında Baş Prokurorluğun 2021-ci ildəki fəaliyyəti barədə hesabatı təqdim edib.

Sfera.az yerli mediaya istinadən xəbər verir ki, Baş prokuror hərbi əməliyyatlar zamanı Ermənistan Silahlı Qüvvələrinin bir çox zabitinin və nümayəndəsinin öz xidməti vəzifələrini layiqincə yerinə yetirmədiyini bildirib.

Artur Davtyan qeyd edib ki, 44 günlük müharibə zamanı baş verən cinayətlərlə bağlı 2150 cinayət işi araşdırılıb və ilin (2021-ci) sonunadək 800 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Artur Davtyan Azərbaycana qarşı saxta ittihamlarla da çıxış edib. Guya Azərbaycan tərəfi müharibə vaxtı qəsdən yaşayış məntəqələrini hədəfə alıb, Suriyanın şimalından terrorçu qrupları gətirərək, döyüşlərə iştirak ediblər. Hətta iddia edib ki, həmin "muzdlular"dan iki nəfəri ələ keçirilib və ömürlük həbs cəzasına məhkum edilib. Həmçinin Azərbaycanın hərbi-siyasi rəhbərliyinin 60-a yaxın nümayəndəsi cinayət məsuliyyətinə cəlb olunub.

Göründüyü kimi, Ermənistan rəsmiləri yenə də öz uydurmalarını erməni xalqına və dünya ictimaiyyətinə həqiqət kimi sırımağa çalışır. Azərbaycanın yaşayış məntəqlərini vurması, Suriyadan muzdlular gətirməsi ilə bağlı yalanlar müharibə vaxtı və ondan sonrakı dövrlərdə də dəfələrlə səsləndirilib. Amma bunlar heç vaxt təsdiq olunmayıb. Azərbaycan Ordusu öz gücü hesabına torpaqlarının böyük hissəsini işğaldan azad edib. Yaşayış məntəqələrinin vurulmasına gəlincə, əksinə, Ermənistan Gəncədə, Tərtərdə və digər yaşayış məntəqlərinsə dinc insanları hədəfə alıb, gecə vaxtı yaşayış binalarını raket atəşinə tutub, onlarla insanın ölümünə səbəb olub. Azərbaycan əsgəri heç bir halda dinc insanlara atəş açmayıb... Bütün bunları dünya ictimaiyyəti görüb. 

 

OXŞAR XƏBƏRLƏR

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - TAM MƏTN

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər. Pr...

“Türkiyə İsveç və Finlandiyaya şərt qoyacaq ki...” – Rusiyanın qonşuları kompromisə gedir?

İsveç NATO-ya üzvlük üçün Türkiyəyə heyət göndərib. Finlandiya isə adıçəkilən təşkilata rəsmi qaydada üzvlük üçün çərşənbə günü müraciət edəcək.   Maraql...

İlham Əliyev: "Türkiyə dünya çapında böyük güc mərkəzinə çevrilib" - VİDEO

"Türkiyə bu gün nəinki dünya çapında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə daxilində də böyük layihələr icra etməyə qadirdir". S...

İlham Əliyev Türkiyədə - CANLI

Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfər edib. Sfera.az xəbər verir ki, dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Rize-Artvin hav...

Ceyhun Bayramov Lavrovla görüşdü - FOTO

Düşənbədə Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş keçirilib. Sfera.az xəbər verir ki, bu barədə məlumat...

“Bu tarixdən etibarən Türkiyənin hərbi bazası Azərbaycanda olacaq” – AÇIQLAMA

"Rusiya nümayəndəsinin BMT-də Azərbaycanı bioloji silahların laboratoriyası qurmaqda ittiham etməsi, Kremlin yeni təzyiq mexanizmdir”.  Sfera.az xəbə...