“Ermənistanın təxribatları davam edəcək...” – Polkovnikdən açıqlama

“Ermənistanın təxribatları davam edəcək...” – Polkovnikdən açıqlama
Bir neçə gündür ki, Ermənistan Azərbaycanla sərhəd bölgələrində təxribatlara əl atır. Son olaraq, ötən gün düşmən tərəfindən Tovuz istiqamətində atəşkəs pozulub.

Maraqlıdır, Ermənistan tərəfinin son günlər davamlı təxribata əl atması nəyə hesablanıb?
 
Mövzu ətrafında Sfera.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov təxribatların 10 noyabr bəyanatının imzalanmasının ildönümü fonunda baş verməsinin təsadüfi olmadığını bildirib. Ş.Ramaldanov təxribatların müxtəlif istiqamətlərdə davam edəcəyini deyib:
 
"Ermənistanın daxilində və xaricində sülhün bərqərar olmasını istəməyən qüvvələr var. 10 noyabr bəyanatının ildönümü ilə əlaqədar revanşist qüvvələr sülh müqaviləsinin imzalanması məsələsini gözə alaraq, buna mane olmaq istəyirlər. Beləliklə, həm sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazidə təxribatlar oldu, həm də Kəlbəcər, Tovuz istiqamətində. Azərbaycan və Ermənistan arasında qonşuluq əlaqələri üçün şərait yaranıb, münasibətlər sülhə yönəldikcə, revanşistlər bu cür təxribatlar törədirlər. Bu məqamın arxasında Azərbaycanın Rusiya ilə də əlaqələrinə soyuqluq gətirmək istəyənlər var.
 
Ermənistan isə beynəlxalq aləmdə Azərbaycanı müharibədən sonra Ermənistan ərazisində soxulan bir ölkə kimi tanıtmaq istəyindədir. Ermənistan indi əlini beynəlxalq aləmə və Rusiyaya uzadaraq maliyyə yığmaqla məşğuldur. Bundan başqa, Ermənistan həm də Azərbaycan ordusunu sınamaq niyyətindədir. Lakin prezident İlham Əliyev dəmir yumruğun hər zaman hazır vəziyyətdə olduğunu bildirib və təxribatlara cavab veririk.  Səngərdə əsgər dayanıbsa, düşməndən hər zaman güllə gözləmək olar. Təxribatlar bütün sərhədboyu istiqamətlərdə ola bilər, bu, gözləniləndir”.
 
Polkovnikin sözlərinə görə, son təxribatlar sülh müqaviləsinin imzalanmasını sürətləndirəcək:

"Gərginlik müəyyən addımlarının atılmasını zəruri edəcək. Ermənistan cəmiyyəti də sual edəcək ki, biz nə qədər itki verəcəyik? Düşünürəm ki, təxribatlar təkandır ki, Ermənistan Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla sülh müqaviləsi imzalasın. Paşinyan da artıq bu mövqedədir. Digər tərəfdən sülməramlı qüvvələrin yerləşdirildiyi ərazilərdə hələ də silahlı ermənilər var. Onların tərksilah edilməsi üçün indi Azərbaycan daha qətiyyətli mövqe ortaya qoyacaq. Baş verən təxribatların fonunda Azərbaycan bəyannaməyə imza atan tərəflər qarşısında bu təklifləri irəli sürəcək. Revanşist qüvvələr növbəti təxribat zamanı hansı həmlə ilə qarşılacağını artıq bilirlər və bundan nəticə çıxaracaqlar”.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşını qumarda uduzan adamdan nə gözləyəsən?” – Dilqəm Əsgərovun Şahbaz haqda heç yerdə demədikləri... - MÜSAHİBƏ

Sfera.az bildirir ki, Gündəm.az-ın suallarını yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında Azərbaycana qaytarılan Dilqəm Əsgərov cavablandırı...

Tanınmış hüquqşünas mirasla bağlı qalmaqallı məsələlərə aydınlıq gətirdi – MÜSAHİBƏ

Sfera.az saytının bu dəfəki qonağı tanınmış hüquqşunas, "Ata-Hüquq” şirkətinin rəhbəri Elnur Abbaszadədir.   Müsahibəni təqdim edirik:   - El...

Mariya Zaxarova Qarabağ danışıqları ilə bağlı yeni DETALLARI AÇIQLADI

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Azərbaycanın Ermənistana təklif etdiyi baza prinsiplərinə əsasən yekun sülh müqaviləsinin imzala...

“5-10 günlük ehtiyatları qalıb, Putin nə qədər tez qərar versə…” – Vahid Əhmədovla MÜSAHİBƏ

Sfera.az xəbər verir ki, millət vəkili Vahid Əhmədov Gundem.az-ın suallarını cavablandırıb.  Müsahibəni təqdim edirik.  - Vahid müəllim, ö...

"Qara gün" üçün pul yığırdıq" - Araz Ağalarov Rusiyadakı çətin vəziyyətdən DANIŞDI

Azərbaycanlı biznesmen Araz Ağalarov Qərb ölkələrinin Rusiyaya qarşı sanskiyaları, rubl və dolların hazırkı vəziyyəti və s. mövzular ətrafında "Komsomolskaya pr...

Məmmədov: Mehdiyev AMEA-nı öz ağlı ilə idarə edə bilmir

Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədovun "Qafqazinfo”ya müsahibəsi: - Elton müəllim, son günl...