"Ermənistanın müasir siyasi sistemi ekspansionizm mifindən ibarətdir" - DEPUTAT

"Mən Avropa Şurasının digər üzv dövləti olan Ermənistan tərəfindən 30 il müddətində işğal, etnik təmizləmə və təcavüzə məruz qalmış ölkəni, Azərbaycanı təmsil edirəm. Avropa və onun institutları bütün bunlara şahidlik etdi və heç bir müdaxilə göstərmədi”.

Sfera.az xəbər verir ki, bu fikirləri AŞPA-nın yaz sessiyasında Büro hesabatından sonra müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Nigar Arpadarai deyib. Deputat çıxışı zamanı sülh məsələsinə toxunub:

"Mən sülhdən bəhs etmək istəyirəm. Azərbaycan-Ermənistan mövqeyində aşkar hərbi üstünlüyə baxmayaraq, Azərbaycan beynəlxalq hüquq prinsiplərini rəhbər tutaraq, davamlı sülhün və əmin-amanlığın bərqərar olmasına hazırdır. Bu sülh yalnız iki ölkənin deyil, Cənub- Şərqi Avropa regionunda sabitliyin və firavanlığın bərpa olmasına xidmət edə bilər. Bu, yeni iqtisadi və tranzit imkanları, hamımız üçün daha təhlükəsiz Avropa deməkdir. 
Çox şadam ki, bu məsələdə Avropa ölkələri tərəfindən dəstəkləyici addımlar müşahidə olunur. Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Baş nazirinin və Avropa Şurası sədrinin Brüsseldə baş tutmuş sonuncu görüşü zamanı fikir mübadiləsi və  müsbət ab-havanı hiss etdik. 
Hörmətli həmkarlar, Azərbaycan-Ermənistan dövlətləri arasında sülh razılaşmasının tərkib hissəsi olaraq, sadə və məqsədyönümlü 5 baza prinsipi Azərbaycan tərəfindən təqdim olunub. Digər prinsiplərlə yanaşı, burada qarşı dövlətlərin ərazi bütövlüyünün tanınması, həmçinin, ərazi iddialarına son qoyulmasını təsdiq edən müddəalar əks olunur. Baş nazir Paşinyanın bu ideya ətrafında qərarsızlıq nümayiş etdirməsinə baxmayaraq, biz bu sənədin reallaşması istiqamətində səylərimizi davam etdiririk. Belə bir mövqenin səbəbi mənim üçün aydındır. Ermənistan konstitusiyası qonşu dövlətlərə ərazi iddiaları üzərində qurulub. Ermənistanın müasir siyasi sistemi etnik üstünlük və ekspansionizm mifindən ibarətdir. Dənizdən –dənizə, məlum olmayan erməni imperiyasının yenidən qurulması, köhnədən qalan qisasın alınması bu siyasətin tərkib hissəsidir. Lakin, bu yolun sonu yoxdur”. 

Millət vəkili Azərbaycan ərazisindən seprataçıların təmizlənməli olduğunu da vurğulayıb:

"Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlara son qoyulması haqqında üçtərəfli bəyənatın imzalanmasından il yarım keçir. Təəssüf ki, hərbi erməni qruplarının qalıqları hələ də Qarabağ torpağında qalmaqdadır. Əgər Ermənistan sülhə niyyətlidirsə, bunu nümayiş etməyin çox asan yolu vardır- Azərbaycan ərazisindən sessesiyaçı və seperatçı qruplara birbaşa və dolayı dəstəyi dayandırmaq. Bununla bağlı, açıq bəyanatı sizdən gözləyirik. 
Biz Azərbaycan tərəfi olaraq sülhə hazırıq, sualım Ermənistan tərəfinədir, siz buna hazırsınızmı? Artıq qərar vermək zamanıdır və bu dəfə Avropa öz gələcəyi naminə bu işdə daha fəal olmalıdır!”.

 

OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Ermənistandakı aksiyalardakı zorakılıqlara Qərb niyə səssiz qalır? - TƏHLİL

Ermənistanda etiraz aksiyaları davam edir. Bu gün səhər saatlarından etibarən vətəndaş itaətsizliyi aksiyaları intensivləşib. Etirazçılar vaxtaşırı küçələri bağ...

Azərbaycanda yeni Mərkəz yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. ...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

İlham Əliyev türkiyəli naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyəti...