Ermənistanın “Laçın yolu” XOFU – “Sarkisyan təəccüblə deyib ki, yəqin 1 aya..."

Ermənistanın “Laçın yolu” XOFU – “Sarkisyan təəccüblə deyib ki, yəqin 1 aya...
"Ermənistan mətbuatında bu gün önə çıxan əsas məsələlərdən biri Laçın şəhərindən yan keçməklə yeni yolun tikintisidir. Bu ölkədə alternativ Laçın yolu haqqında isterika yaşanır”.
 
Sfera.az bildirir ki, bunu REAL partiyasının sədri Natiq Cəfərli deyib. O qeyd edib ki,  may-iyun aylarında alternativ yolun açılışı gözlənilir və bu, çox vacib addımdır:

"Həm 10 noyabr anlaşmasında yer alıb deyə, Rusiya və Ermənistan gedişata mane ola bilmir, həm də Azərbaycan çox sürətlə işləri apardığına görə,  Ermənistan reaksiya verməyə belə gec qalır. Alternativ yolun özəlliyi bir tək Laçın şəhərinin tam bizim nəzarətə keçməsi deyil. Ermənistanın "Laçın koridoru” adlandırdığı köhnə yoldan Xankəndinə müxtəlif kommunikasiya xəttləri gedir – işıq, qaz, internet və s.”.

N.Cəfərli bildirib ki, yeni yolda bu kommunikasiya xəttləri olmayacaq:

"Xankəndi şəhərimizin bütün təminatını özümüz həyat keçirəcəyik. İndi yeni yol üçün Həkəri çayı üzərindən körpü tikilir. Yaxınlıqda yerləşən kəndlərdən birinin sakini Sarkisyan təəccüblə deyib ki, elə bil Bakının yarısı burada işləyir, çox sürətlə çalışırlar, yəqin 1 aya işləri tamamlayacaqlar”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda yeni Mərkəz yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. ...

Milli Məclisə yeni Aparat rəhbərinin təyin olunmasına REAKSİYALAR – Fərid Hacıyevdən gözləntilər

Fərid Hacıyevin Milli Məclisin yeni Aparat rəhbəri vəzifəsinə təyin edilməsi günün əsas müzakirə mövzularındandır. Bu, islahat dalğasının davamlılığının göstəri...

“Qarabağ klanı”ndan ŞOK PLAN – Azərbaycanla bağlı bütün razılaşmalar sıradan ÇIXARILIR

Ermənistanda müxalifətin, revanşist qüvvələrin etiraz aksiyaları Bakını növbəti təxribatla üz-üzə qoyaraq, sülh danışıqlarına mane ola biləcək yeni hərbi ə...

Ərdoğan açılışda İlham Əliyevə HƏDİYYƏ VERDİ - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib. Sfera.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev ...

Ermənistan sülh sənədi təqdim etdi – 6 bənddə hansı təkliflər var?

Edmon Marukyan Ermənistanın Azərbaycana təqdim etdiyi 6 bəndlik sülh müqaviləsinin şərtlərini açıqlayıb. Ermənistan Respublikasının mühüm işlər üzrə səfiri ...

Türkiyədə dəniz üzərində hava limanı açılır - İlk enişi prezidentlərin təyyarəsi edəcək

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olacaq. Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezi...