Ermənilər torpağımıza soxulmaq istədilər: zabit və əsgərimiz şəhid oldu

Ermənilər torpağımıza soxulmaq istədilər: zabit və əsgərimiz şəhid oldu

Son günlər işğal olunmuş ərazilərdə xeyli sayda itkilərə məruz qalan erməni tərəfi uğursuzluqlarının əvəzini çıxmağa can ataraq Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatların sayını artırıb.

Bu barədə Milli.Az Müdafiə Nazirliyinin saytına istinadən məlumat verir.

Əməliyyat şəraitində üstünlüyü itirən düşmən dövlət sərhədində gərginliyi artırmaqla bəzi beynəlxalq qurumları, o cümlədən Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilata daxil olan dövlətləri də münaqişədə iştiraka sövq etməyə çalışır.

Martın 27-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qazax rayonu ərazisində dövlət sərhədini pozaraq ərazimizə soxulmağa cəhd göstərib. Bu istiqamətdə yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin hərəkəti qabaqcadan aşkar edilib və qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilib. İtkilərə məruz qalan işğalçılar geri çəkilməyə məcbur edilib.

Düşmənlə baş verən döyüş toqquşmasında Silahlı Qüvvələrimizin zabiti leytenant Zülfüqarlı Qalib Laim oğlu və əsgər Hacıyev Qəfərəli İntiqam oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Müdafiə Nazirliyi bildirir ki, həmin istiqamətdə əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır. Azərbaycan tərəfi bütün beynəlxalq təşkilatları növbəti dəfə ermənilərin təxribatlarını qınayaraq baş verənlərə müvafiq qiymət verməyə çağırır.


OXŞAR XƏBƏRLƏR

Ağdamda rəis MİNAYA DÜŞDÜ

Bu gün Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsi...

Sumqayıtda zavodda partlayış: ölən var

Sumqayıtda zavodda qaz balonu partlayıb, ölən var. Bu barədə Sfera.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib. Bildirilib ki, mayın 4-ü sa...

Ermənilər mövqelərimizi qumbaraatan və pulemyotlarla atəşə tutdu

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, mayın 1-i saat 13:40-...

Sərhəddə təxribat – Erməni diversantlar Azərbaycana keçməyə çalışdı

Aprel ayının 23-də saat 18:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin t...

Gəncədə sinif yoldaşını bıçaqlayan məktəbli saxlanıldı - TƏFƏRRÜAT

Gəncə şəhər Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbdə sinif yoldaşını bıçaqlayan məktəbli qız saxlanılıb.   Sfera.az xəbər verir ki, Daxili İş...

İçərisində Azərbaycan vətəndaşları olan gəmi batdı

Tunisin Qabes şəhərinin limanı yaxınlığında ticarət gəmisi batıb. Sfera.az xəbər verir ki, bu barədə "Mosaique FM” radiostansiyası məlumat yayıb. Gəminin ...