“Ermənilər İspaniyada bizim nə qədər güclü olduğumuzu yaxşı bilir”- Müsahibə

“Ermənilər İspaniyada bizim nə qədər güclü olduğumuzu yaxşı bilir”- Müsahibə
"Valensiya Azərbaycanlıları” Cəmiyyəti sədri, diaspor fəalı Mübariz İbrahim Sfera.az saytının suallarını cavablandırıb.

- Mübariz bəy, nə zamandan İspaniyada yaşayırsınız və Valensiyada nə qədər soydaşımız yaşayır?
 
- 2005-ci ildən İspaniya Krallığının Valensiya şəhərində yaşayıram. Hal-hazırda bildiyimiz qədər Valensiyada 40-a yaxın azərbaycanlı soydaşımız yaşayır. Qeyd edim ki, hər il bir çox tələbələrimiz təhsil almaq üçün bura gəlirlər.

- Soydaşlarımız arasında birlik sizi qane edirmi?
- Bayramlarda, hər hansı tədbirlərimizdə və asudə vaxtlarımızda onlarla tez-tez görüşüb yaxından maraqlanıram, onlara hər cür dəstəyi veririk və bundan sonra da verəcəyik. Bəzi hallarda isə işlə əlaqədər olaraq bəzi vətəndaşlarımız tədbirlərimizə qatıla bilmirlər. Ancaq onlar da əlindən gələni heç vaxt əsirgəməyiblər. Hər kəsdən razıyıq. Həmişə belə mehriban olmalıyıq ki,birliyimiz və həmrəylimiz güclü olsun.

- İspaniyada ölkəmiz barədə təsəvvürlər nədən ibarətdir?
- Artıq İspaniyada ölkəmiz haqqında təsəvvürlər yaxşı formalaşıb. İspaniya xalqı artıq Azərbaycanı Avroviziya, Formula 1, İslam Olimpiya oyunları və digər önəmli beynəlxalq tədbirlərlə tanıyır. Cənab Prezidentimizin uğurlu siyasəti nəticəsində Azərbaycanı dünyanın hər yerində güclü dövlət kimi tanıyırlar.

- Bildiyimiz qədər yerli media ilə əlaqələriniz yaxşıdır. Valensiya mediasının ölkəmizə olan münasibəti necədir?
- Yerli media ilə əlaqələrim çox yaxşıdır. Ən əsası onlarında bizim ölkəyə olan münasibətləri çox müsbətdir. Bundan sonra da media ilə sıx əməkdaşlığı gücləndirəcəyik.

- Bu yaxınlarda Barselonada erməni separatçılarının konserti təşkil olundu. Siz də tədbirdə iştirak edirdiniz. Bu barədə nə deyə bilərsiniz?
Ümumiyyətlə, bu kimi fəaliyyətlərə qarşı onlara hüquq çərçivəsidə mübarizə aparmaq mümkündürmü?
 
- Mart ayının 31-i Barselonada erməni separatçılarının keçirtdiyi konsert demək olar ki, başlarına çökdü. Onlar orada 600 nəfər (bəlkədə çox) idi. Bizi görən kimi konsertin vaxtını dəyişdilər və hamısı çölə çıxmağa başladılar. Bizlərdən qorxduqları üzlərindən hiss olunurdu. Biz bir azərbaycanlı kimi, bir əsgər kimi qarşılarına keçib, öz sözümüzü dedik. Əsgərlərimiz necə ki, səngərdə düşmənlə üz-üzədirsə, biz də burada onlarla qarşı-qarşıya dayandıq. 600 nəfərə qarşı 31 nəfər olmağımıza baxmayaraq, bu kimi vəziyyətlərdə vətəndaşlarımızı fəal olmağa çağırıram. Birliyimiz bizim qələbəmizdir. Və ermənilər də bizim nə qədər güclü olduğumuzu yaxşı bilir. Onu da qeyd etmək istəyirəm ki, bu kimi hadisələrdə hüquq çərçivəsində mübarizə aparmağımız lazımdır.

- Qarabağ məsələsi ilə ispan cəmiyyəti məlumatladırmı?
 
- Artıq ispan cəmiyyəti Qarabağ məsələsi barədə məlumatlıdır. Cəmiyyət olaraq Qarabağ məsələsini daha da tanıdacağıq. Bununla bağlı tanıtım fəaliyyətimiz davam edir. Fürsətdən istifadə edib, Qarabağla bağlı keçirilən tədbirlərdə iştirak edən hər bir vətəndaşlarımıza öz minnətdarlığımı bildirirəm. Biz bir daha düşmənə necə mübariz olduğumuzu göstərdik. İnşallah, Allahın izni ilə Qarabağımızı tezliklə düşmən işğalından azad edəcəyik. 

Elnur Eltürk

OXŞAR XƏBƏRLƏR

Helikopter qəzası ilə bağlı suallara generaldan cavab - "Əgər biz tələsərək bu elanı etsəydik..."

Faciəvi fəlakətdən - Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterin qəzasından və 14 yüksək vəzifəli zabitin həlak olmasından bizi artıq bir həftə ayırır. Tə...

Təbəssümü ilə düşmənə dərs verən balaca qəhraman: "Gülərək qorxmadığımı demək istəyirdim"

Ötən il oktyabrın 11-də gecə saat 2 radələrində Gəncənin düşmən tərəfindən raket atəşinə tutulması nəticəsində xəsarət alan balaca qəhraman 1 il sonra o anları ...

Səhiyyə Nazirliyindən oruc tutanlara TÖVSİYƏ

  Azərbaycan Tibb Universitetinin Qidalanma və Kommunal gigiyena kafedrasının müdiri, dosent İbrahim Əhmədov Ramazan ayında immun sisteminin zəifləməməsi ...

“Hazırda aparılan islahatlar Azərbaycan Ordusunun güclənməsinə xidmət edir” – Deputat

"Bu gün hərbi hissələrin təmir olunması, yenilərinin tikilib istifadəyə verilməsi, Azərbaycan əsgərinin və zabitinin bütün təminat formalarında şəraitinin ya...

Əlilliyi olan rəqqasə: “Sən bacarmazsan” deyənlərə inad bunu bacardım - MÜSAHİBƏ

İncəsənət əngəl tanımır. O, insana bütün maneələrdən çıxarmağa kömək edir. Təəssüf ki, əlilliyi olan insanlara hər zaman lazımi diqqət ayrılmır. Bu səbəbdə...

Səfurə İbrahimova: “Ailəli olsa da, yalvarırdı ki, onunla yaşayım” - MÜSAHİBƏ - FOTO

Sfera.az kulis.az-a istinadən Xalq artisti, aktrisa Səfurə İbrahimova ilə olan müsahibəni təqdim edir. - Jurnalistəm, sizinlə söhbət etmək istəyirəm. - Mən h...