Ərdoğan Putinə məktub yazdı

Ərdoğan Putinə məktub yazdı

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini Rusiya günü münasibətilə təbrik edib. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Ərdoğan təbrik məktubunda Moskva və Ankara arasında münasibətlərin layiqli səviyyəyə çatmasını arzulayıb.  

"Çox hörmətli cənab prezident! Bütün türk xalqı adından sizin simanızda bütün rusiyalıları Rusiya günü münasibəti ilə təbrik edirəm, eləcə də gələcəkdə Rusiya və Türkiyə arasında münasibətlərin layiqli səviyyədə olmasını arzu edirəm”, - agentliyin sərəncamında olan təbrik məktubunun mətnində deyilir.

Türkiyənin Baş naziri Binəli Yıldırım da öz növbəsində Rusiya Nazirlər Kabinetinin rəhbəri Dmitri Medvedevə məktubunda "gələcəkdə ölkələrimiz arasında əməkdaşlıq və münasibətlərin xalqlarımızın ümumi maraqlar üçün lazımi səviyyəyə çatacağına” ümidvar olduğunu bidirib. 

"Sizin simanızda rusiyalılara rifah və çiçəklənmə arzu edirəm”, - Yıldırım yazıb. 


OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Ermənistandakı aksiyalardakı zorakılıqlara Qərb niyə səssiz qalır? - TƏHLİL

Ermənistanda etiraz aksiyaları davam edir. Bu gün səhər saatlarından etibarən vətəndaş itaətsizliyi aksiyaları intensivləşib. Etirazçılar vaxtaşırı küçələri bağ...

Azərbaycanda yeni Mərkəz yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. ...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

İlham Əliyev türkiyəli naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyəti...