Ərdoğan ABŞ mallarını boykot etdi: "Onların iphonu varsa, bizim də ..." - VİDEO

Ərdoğan ABŞ mallarını boykot etdi:
"Xaricdən valyuta ilə aldığımız hər məhsulun daha yaxşısını istehsal edib xaricə satacağıq. Amerikanın elektron məhsullarına boykot tətbiq edəcəyik”.

Sfera.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. 

"Ölkəmizi sərmayə qoymağı fikirləşənləri çox təşviq edəcəyik. "Gözlə, görək nə olur” anlayışı ilə istehsalı dayandırsaq, "ehtiyat” deyərək ticarəti yavaşlatsaq əsil o zaman düşmənə təslim vəziyyətinə düşərik. Valyutaya doğru getsən, o zaman batarsan. Sən türksən, sən türk lirəsi ilə bərabər yoluna davam edəcəksən. 26 avqustda yenidən Malazgirtdən yenidən yola çıxacağıq. Yenidən bir diriliş olacaq, inşallah. 

2023-cü il hədəflərimizə çatdıqda adam başına düşən milli gəlirimizi iki dəfədən çox artıracağımız üçün vətəndaşlarımız iki qat varlı olacaqlar”.
Ərdoğan xaricdə oturub ölkəsini pisləməyə çalışan türklərə də münasibət bildirib:

"Bundan əmin olun ki, xaricdə sərf etdiyi əməyi və ortaya qoyduğu səyləri burada göstərən hər kəs ölkəmizdə daha yaxşı həyat səviyyəsinə çatacaq. Xaricdə səfalət içində həyatını davam etməyi seçən varsa, əlbəttə öz bildiyi işdir. Amma bununla qalmayıb, bir də ölkəsini qaralamağı seçənlərə biz "manqurt” deyirik. Bizim manqurtlara ehtiyacımız yoxdur”.
 
Rəsul
Sfera.az

 


 


OXŞAR XƏBƏRLƏR

Koçaryanın vəkili erməni jurnalistin sualına - Azərbaycanca cavab verdi - VİDEO

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın vəkili Ruben Saakyan Azadlıq radiosunun erməni bürosunun sualını Azərbaycanca cavablandırıb.    ...

Bakıda Özilin forması üstündə dava düşdü - VİDEO

Ötən gün Bakıda baş tutan "Qarabağ” – "Arsenal” matçından sonra xoşagəlməz insident baş verib.   Oyundan qurtardıqdan sonra London təmsilçisinin türk ...

Nüsretin restoranında faciə - 3 nəfər yandı - VİDEO

Fenomen qəssab Nüsret Gökçenin İstanbuldakı restoranında göstərilən alov şousu faciəylə başa çatıb.   Məkanın bar hissəsində iki işçi maraqlı səhnəcik ya...

Türkiyədə partlayış: ölənlər var - VİDEO

Türkiyənin Şirak bölgəsinin Silopi rayonunda baş verən partlayış zamanı iki nəfər ölüb.   Məlumatlara görə, daha iki nəfər xəsarət alıb.   ...

Jirinovski yenə yumruqla “danışdı” - VİDEO

Rusiyanın Liberal-demokratik partiyasının sədri Vladimir Jirinovski Moskvanın mərkəzində təşkil edilən razılaşdırılmamış etiraz aksiyasına gəlib. Toplaşan...

Ərdoğan ABŞ mallarını boykot etdi: "Onların iphonu varsa, bizim də ..." - VİDEO

"Xaricdən valyuta ilə aldığımız hər məhsulun daha yaxşısını istehsal edib xaricə satacağıq. Amerikanın elektron məhsullarına boykot tətbiq edəcəyik”. S...