Ən az pensiya təyin edilmiş yüksək vəzifəli şəxs İsa Qəmbərdir?

Ən az pensiya təyin edilmiş yüksək vəzifəli şəxs İsa Qəmbərdir?
Müsavat partiyasının sabiq başqanı İsa Qəmbərə təyin olunan pensiyanın məbləği sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Sfera.az xəbər verir ki, "Müsavat” partiyasının sədr müavini Fərəc Kərimli sosial şəbəkədə qeyd edib ki, İsa Qəmbərə 180 AZN məbləğində pensiya təyin edilib.

Partiyanın sədr müavini bildirib ki, Azərbaycan Ali Sovetinin Milli Şurasının deputatı və sədri olmuş, həmçinin prezident səlahiyyətlərini  (17 may 1992–16 iyun 1992) icra etmiş İsa Qəmbərə yalnız yaşa görə pensiya təyin edilib.

Fərəc Kərimli Müsavat partiyasının sabiq başqanına təyin olunan pensiyanın məbləğinin qanunsuz olduğunu iddia edib: "Eyni işlərdə çalışmış şəxslərin pensiyası ilə müqayisədə dəfələrlə fərq var”.

O, həmçinin İsa Qəmbəri Avropa Şurası məkanında ən az pensiya təyin edilmiş ən yüksək vəzifəli şəxs kimi qiymətləndirib.

İqtisadçı-jurnalist Dünya Sakit isə Müsavat partiyasının sabiq başqanının yalnız yaşa görə pensiya təyin edilməsini "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunla əlaqələndirib. O vurğulayıb ki, qanunda nəzərdə tutulan pensiya təminatı Milli Məclisin ilk üzvlərinə şamil edilməyib.
 
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Fonddan bildirildi ki, məsələ ilə əlaqədar ictimaiyyətə məlumat veriləcək.
 

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...