Elmar Məmmədyarovun etimad göstərdiyi FK-lar kimdir? - SİYAHI

Elmar Məmmədyarovun etimad göstərdiyi FK-lar kimdir? - SİYAHI

Vyana Konvensiyasına görə əgər hər hansı bir ölkə digərinə Fəxri Konsul göndərirsə onların etimadnaməsini həmin ölkənin Xarici İşlər Nazirləri qəbul edir.


Azərbaycandakı Fəxri Konsullarla bağlı məsələ dəfələrlə mətbuatın müzakirə mövzusuna çevrilib. Dolaşan iddialara görə Fəxri Konsul adı almaqda maraqlı olanlar öncədən müəyyən sövdələşmədən keçirlər.

 

Sfera.az mövzunun aktuallığını nəzərə alaraq son illər ərzində XİN rəhbəri kimi Elmar Məmmədyarovun etimad göstərdiyi bir neçə Fəxri Konsulun adlarını qeyd edir:

 

1. Anar Məmmədov - Makedoniyanın Azərbaycandakı Fəxri Konsulu (Keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun oğlu)

 

2. Kənan Məmmədov - Xorvatiyanın Azərbaycandakı Fəxri Konsulu ("Hafka" ləqəbli iş adamı Hafiz Məmmədovun oğlu)

 

3. Mais Mənsimov - Türkiyənin Lənkərandakı Fəxri Konsulu (Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun qardaşı)

 

4. Murad Rəhimov - Portuqaliyanın Azərbaycandakı Fəxri Konsulu (Gənclər və İdman Naziri Azad Rəhimovun qardaşı)

 

5. Rasim Qasımov - San Marinonun Azərbaycandakı Fəxri Konsulu

 

6. Ceyhun Ələkbərov - Efiopiyanın Azərbaycandakı Fəxri Konsulu (Efiopiyadan kofe ticarəti ilə məşğul olduğu bildirilir. Parlament seçkilərində iştirak etmiş, daha sonra namizədliyini geri götürmüşdür)

 

Fəxri Konsullar Azərbaycanda "FK" seriyalı qırmızı rəngli avtomobil qeydiyyat nişanlarından istifadə edir.

 

Qeyd edilən insanların əsasən zəngin adamlardan seçilməsi diqqəti xüsusi ilə cəlb edir.

 

Mövzuya yenidən qayıdacağıq.


OXŞAR XƏBƏRLƏR

Bu ölkələr hava məkanlarını Rusiya aviasiyasının üzünə bağladı - SİYAHI

Avropa İttifaqı ölkələri və Kanada Rusiya Federasiyasının Ukraynada qarşı müharibənin başlamasından sonra öz hava məkanlarını Rusiya aviasiyasına bağlamağa başl...

Zelenski İlham Əliyevlə danışdı, təşəkkür etdi

Prezident İlham Əliyevlə ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı baş tutub. Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vl...

27 ölkə Ukraynaya hərbi yardım göstərməyə razılıq verdi – MÜHÜM QƏRAR

Britaniya Müdafiə Nazirliyinin təşkil etdiyi hərbi yardım donorları konfransını diqqətlə izləyən Sky News telekanalı bildirir ki, 27 ölkə, o cümlədən NATO-ya üz...

ABŞ Zelenskiyə Kiyevi tərk etməyi təklif etdi - Yox cavabı aldı

"Washington Post” öz mənbələrinə istinadən sensasion bəyanatla çıxış edib: ABŞ hökuməti, lazım gələrsə, Ukrayna prezidenti Vladimir Zelenskinin Kiyevdən təxliyə...

Prezidentin köməkçisi Ukrayna ilə bağlı Azərbaycanın mövqeyini açıqladı

"Ukrayna ətrafında baş verən hadisələri yaxından izləyirik”. Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyası...

Əli Əsədov Azərbaycanda karantin rejimi ilə bağlı qərar verdi

Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə" qərar qəbul edib. Sfera/azxəbər verir ki,...