Elmar Məmmədyarov: Şərtlərlə sülh prosesinə kömək etmək olmaz

Elmar Məmmədyarov: Şərtlərlə sülh prosesinə kömək etmək olmaz

 

Azərbaycan danışıqlardan çıxmayıb və bizə danışıqların nəticəsinin olması lazımdır.

Sfera.az-ın APA-ya istinadla verdiyi məlumatına görə, bunu xarici işlər naziriElmar Məmmədyarov maltalı həmkarı Corc Vella ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O, bir neçə gün əvvəl Ermənistanın danışıqlardan çıxması barədə prezidentSarkisyanın, daha sonra isə Ermənistanın danışıqları davam etdirmək niyyətində olduğu barədə xarici işlər nazirinin bəyanatını xatırladıb.

"İndi isə Sarkisyan danışıqları bərpa etmək üçün 3 şərt irəli sürüb. Şərtlə məsələni həll etmək mümkün deyil.

Ermənistanda ciddi müzakirələr gedir və təhlil edirlər. Hamı üçün bəllidir ki, status-kvo qəbuledilməzdir. Status-kvonun saxlanması nə danışıqlara, nə də sülhə kömək edir.

Danışıqlara isə hansısa şərtlərlə gəlmək olmaz. İrəvanda düşünürlərsə ki, şərtlərlə prosesi uzada bilərlər, bu, çox sadəlövh düşüncədir. Proses yerindən tərpənməlidir. Ən böyük təhlükə Ermənistan qoşunların işğal olunmuş Azərbaycan ərazilərində olmasıdır.

Bu məsələni nə qədər tez həll etsək, o qədər imkan yaranacaq. Şərtlərlə sülh prosesinə kömək etmək olmaz, bu, sülh prosesini öldürməkdir”, - deyə Nazir vurğulayıb.

XİN rəhbəri bildirib ki, Azərbaycan həmsədrlərlə təmasdadır.

Nazirin sözlərinə görə, həmsədrlərlə görüş gələn ayın ortasında Avropanın şəhərlərindən birində keçiriləcək tədbir çərçivəsində baş tuta bilər.

"Görüş keçirilməsinə mən də razılıq vermişəm. Çox güman ki, Brüsseldə olacaq. Yaxın vaxtlarda bununla bağlı açıqlama verəcəyik”, - deyə nazir bildirib.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda yeni Mərkəz yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. ...

Milli Məclisə yeni Aparat rəhbərinin təyin olunmasına REAKSİYALAR – Fərid Hacıyevdən gözləntilər

Fərid Hacıyevin Milli Məclisin yeni Aparat rəhbəri vəzifəsinə təyin edilməsi günün əsas müzakirə mövzularındandır. Bu, islahat dalğasının davamlılığının göstəri...

“Qarabağ klanı”ndan ŞOK PLAN – Azərbaycanla bağlı bütün razılaşmalar sıradan ÇIXARILIR

Ermənistanda müxalifətin, revanşist qüvvələrin etiraz aksiyaları Bakını növbəti təxribatla üz-üzə qoyaraq, sülh danışıqlarına mane ola biləcək yeni hərbi ə...

Ərdoğan açılışda İlham Əliyevə HƏDİYYƏ VERDİ - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib. Sfera.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev ...

Ermənistan sülh sənədi təqdim etdi – 6 bənddə hansı təkliflər var?

Edmon Marukyan Ermənistanın Azərbaycana təqdim etdiyi 6 bəndlik sülh müqaviləsinin şərtlərini açıqlayıb. Ermənistan Respublikasının mühüm işlər üzrə səfiri ...

Türkiyədə dəniz üzərində hava limanı açılır - İlk enişi prezidentlərin təyyarəsi edəcək

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olacaq. Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezi...