Əli qana batan qadınlar - Şok statistika

Əli qana batan qadınlar - Şok statistika
Zaman-zaman mətbuatda cinayət törədən qadınların xəbərlərinə rast gəlinir. Son vaxtlar bu cür xəbərlər daha çox müşahibə olunur. Bu ilin Yanvarın 5-də 43 bıçaq zərbəsi ilə amansızcasına qətlə yetirilən məşhur qızıl alverçisi Məryəm Namədzadənin öz qızı Günel Hüseynova tərəfindən qətlə yetirilməsi ölkədə böyük əks-səda yaratdı. İstintaq araşdırması zamanı məlum oldu ki, qətl taman məqsədi ilə törədilib.

 


Bu cür qətllərin siyahısını uzatmaq da olar. Sfera.az 2015-ci ildə Azərbaycanda cinayət törətmiş qadınlar haqqında qısa araşdırma aparıb. Dövlət Statistika Komitəsindən sorğumuza verilən cavaba əsasən keçən il ərzində 1128 qadının adı cinayətdə hallanıb. Maraqlı olan hal ondan ibarətdir ki, cinayət törədənlərin 11 nəfəri 14-17 yaş arasında olanlardır. 2015 -ci ildə cinayət törədən qadınların 119 nəfəri 18-24 yaş qrupuna aiddir. 25-29 yaş qrupunda bu rəqəm 142 nəfər təşkil edir. Rəsmi rəqəmlərə əsasən 2015-ci il ərzində 30 yaşdan yuxarı 856 nəfər qadın cinayət törədib.

Bəs qadınları cinayətkar olmağa sövq edən amillərdən nədir? Mövzu ilə bağlı sualları "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova şərh edib. 





"Bu yaxınlarda bir xanımla bağlı şikayət daxil olmuşdu və bu şikayətdə xanıma qarşı cinayətdə suçlama ər evindən oğuluq idi.
Məsləni araşdırdıqda bəlli oldu ki, problemin kökündə ciddi zorakılıq faktı dayanır. 

Qadının törətdiyi cinaəyətin arxasında kişi zorakılığının bariz bir nümunəsi kimi digər bir qadın əhvalatı da var. Beləki, ər qumar oynayır və həyat yoldaşını borc almağa məcbur edir. Borcu ödəyə bilməyən qadına qarşı cinayət işi açılır. Ər etdiyi əməldə qadına dəstək olmaq əvəzinə ondan imtina edir.

Qadınların törətdiyi cinayətlərin araşdırılmasında onlara qarşı zorakılıq f aktına diqqət edilməsi günün tələbidir. Əsl cinayəti törədən və ya ona təsiredici amil olan şəxslər əksər vaxt cəzasız qala bilir. Səbəb cinayət işində onun adının olmaması və məhz cinayətlə bağlı araşdırmada zorakılıq faktorunun araşdırılmamasıdır. 

Digər cinayətlər də var. Onlara təbii ki, bəraət qazandırmırıq. Bu, insan alveri və fahişəliyə cəlb etmədir. Lakin dərindən araşdırsaq bəzən məhz kişinin etdiyi zorakılıq və qadının bu və digər formda özünü təsdiq etmək arzusu bu cinayətlərin yaranmasına təsir edir. Əgər qadın baxımsız və nəzrətsiz qalırsa o halda cinayətkarlar onu öz sırasına cəlb etməyə hazır olur. Bu cür cinayətlərin baş verməməsi üçün qadınların sosial müdafiə sistemini gücləndirmək və onlara dəstək proqrmalarını artırmağa böyük ehtiyac var.(Femida.az)


OXŞAR XƏBƏRLƏR

Lənkəranda taksiyə müştəri qismində əyləşib evinə sürdürdü: Öldürüb, həyətində basdırdı - TƏFƏRRÜAT

Lənkəranda qətl törətməkdə təqsirləndirilən Elvin Hüseynzadəyə hökm oxunub və o, 19 il müddətinə azadlıqdan məhrum edilib.   Bu barədə "Report”a zər...

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş... - Bakıdakı QƏTLİN TƏFƏRRÜATI

Bakıda 24 gün əvvəl törədilən qətllə bağlı bəzi məqamlar üzə çıxıb. Sfera.az xəbər verir ki, söhbət bu ilin aprel ayının 23-də paytaxtın Nərimanov rayonu ər...

“Eldar Mahmudovun adından böyük məbləğlərdə pullar tələb edirdi” – MTN işində şok ifadələr

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Y...

Əməliyyat keçirildi - 202 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) mayın 13-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən Sfera.az-...

Sumqayıtda kirayədə qalan qadın niyə öldürülüb? - QONŞULAR DANIŞDI - VİDEO

Ötən gün Sumqayıtda gənc qadın tanışı tərəfindən boğularaq qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə Xəzər TV sujet hazırlayıb. İlkin araş...

Vilyam Hacıyevin məhkəməsində ŞOK İFADƏ: “Rüşvət yox, rüsum ödəmişəm”

Artıq uzun zamandır ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Sfera.az-ın xəbərinə gö...