Əli Kərimlinin neft gəlirləri və digər iddiaları ARAŞDIRILDI
12:44 / 20.04.2022
1241
AXCP sədri Əli Kərimli sosial islahatların nəticələri, inflyasiya, uşaq pulu və digər mövzularda hökuməti ittiham etməyə çalışır. Bu dəfə Ə. Kərimli Prezident İlham Əliyevin müşavirədə ölkədəki sosial-iqtisadi problemləri müzakirə etməsinə də irad bildirib. Deyib ki, 9 milyon insanın sosial vəziyyəti pisləşib. "İlham Əliyevin müşavirəsində şəhid ailələrinə, müharibə qəhrəmanlarına qayğıdan yenə də ağız dolusu danışılıb. Ancaq İlham Əliyev xalqa izah etməyib ki, onun hökuməti nəyə görə şəhid ailəsinə başdan-ayağa dağıdılmış Ukraynadan 79 dəfə, maliyyə sanksiyaları altında çökən Rusiyadan 12 dəfə az "qan pulu" verir, veteranların 14 aylıq müavinətini oğurlayır, qazilərimizi, veteranlarımızı yoxsulluğa məhkum edir". Və əlavə edib ki, "İlham Əliyev deyib ki, son 3 ayda inflyasiya 18 faiz olduğu halda, əhalinin gəlirləri 20 faiz artıb. İnflyasiyanın real həddi haqda yuxarıda yazmışam. Ancaq "əhalinin gəlirləri təxminən 20 faiz artıb" deməklə İlham Əliyev ya açıq yalan danışıb, ya da xalqımızım 9 milyonunu çıxdaş edib, əhali saymır. Çünki maaşları təxminən 20 faiz artan əsasən büdcə təşkilatlarında çalışan və minimum pensiya alan təxminən 1 milona yaxın əhalidir. Onların ya aylıq qazançı yoxdur, ya da qazancları artmayıb. 35-40 faizlik inflyasiya, dəhşətli bahalaşma şəraitində tam köməksiz, çarəsiz qalmış 9 milyon insan əhali olmaqdan çıxarılıbmı?
Sfera.az xəbər verir ki, Faktyoxla Lab. AXCP sədrinin iddialarını araşdırıb.
Əvvəla "9 milyon nəfər” əhalinin 90 faizi deməkdir. Hazırda ölkə əhalisin təxminən 5,3 milyon nəfəri iqtisadi fəal əhalidir. Yəni, müxtəlif sahələrdə müxtəlif fəaliyyət növü ilə məşğul olanlardır. Onların təqribən, 1,7 milyon nəfəri muzdlu işçidir, yəni əmək müqaviləsi əsasında çalışanlardır. Yerdə qalan 3,5 milyon nəfər müxtəlif sahələrdə çalışanlardır.
Müdafiə, daxili işlər, sərhəd qoşunları, ədliyyə, milli təhlükəsizlik, prokurorluq, digər hüquq-mühafizə, təhsil, səhiyyə, kənd təsərrüfatı, elm, mədəniyyət, incəsənət, sosial və digər sahələrdə çalışanların sayı təxminən 2 milyon nəfərdir. Bu ölkə üzrə əhalinin 20 faizi deməkdir.
Ə.Kərimli növbəti dəfə "uşaq pulu” ifadəsi ilə manipulyasiya edir: "Ölkənin valyuta rezervlərinin və büdcədəki profisitin artdığı halda nəyə görə uşaqpulu verilmədiyini, milyonlarla işsiz üçün iş yeri açılmadığını izah etməyib”.
AXCP-nin sədri iddia edir ki, neft qiymətlərinin artması nəticəsində dövlətin hər ay əldə etdiyi 1,5 milyard dolların xalqın həyatını yaxşılaşdırmayıb.
Birincisi, son aylarda neft bahalaşmasına baxmayaraq Azərbaycanın yanacaq satışından hər ay gəliri 1,5 milyard dollar deyil. (Mənbə)Dövlət Neft Fondu 2022-ci ilin yanvar-fevral aylarında neft satışından 1,3 milyard dollar, qaz satışından isə 227 milyon dollar əldə edib. (Mənbə) Neft və qazın birlikdə, ("Azəri-Çıraq-Günəşli” və "Şahdəniz” yatağından) hasil edilən daxil olan təmiz mənfəət 1 milyard 534 milyon dollar təşkil edib. Bu, ötən ilin müvafiq dövrünün göstəricisindən 2,6 dəfə çoxdur.
Göründüyü kimi Fondun hazırda aylıq neft-qaz satışından təmiz mənfəəti ay ərzində təxminən 780 milyon dollara bərabərdir. Yəni, Kərimlinin 2 dəfə şişirtdiyi qədər deyil.
Beləliklə, hər şey gün işığı kimi aydındır, daxil olan neft gəlirlərinin statistikası, xərclərin ünvanı və ehtiyatların artım faizi və həcmi bütün detalları ilə ictimaiyyətə təqdim olunur. Kərimli bu metodoloji qaydaları, adi riyazi hesablamanı bilmirsə, bir eyib, bilməyib öz azsaylı tərəfdarlarını aldadırsa, ikinci eyibdir.
İnflyasiyanın yüksəlməsinin əsas səbəbi, təxminən 60 faizi idxalla bağlıdır, yəni xaricdən Azərbaycana gətirilən mal və xidmətlərin bahalaşmasının nəticəsidr. Bu isə bizdən asılı olmadan qlobal səviyyədə ərzaq və digər malların qiymətlərinin dayanmadan artmasından doğan qarşısıalınmaz prosesdir. Bütün ölkələrdə hər ay istehlak qiymətləri indeksi artır.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son məlumatda da qeyd edilir ki, ərzaq qiymətləri indeksi 2022-ci ilin mart ayında əvvəlki illin eyni dövrü ilə müqayisədə 33,6% yüksəlib. Yəni, qiymət indeksi 1990-cı ildə yarandığı gündən bəri yeni tarixi rekorda imza atıb. Son artım - bitki yağları, taxıl və ət alt indekslərindəki bütün zamanların ən yüksək göstəricilərini əks etdirir. Şəkər və süd məhsulları da əhəmiyyətli dərəcədə bahalaşıb. Taxıl qiymətləri indeksi mart ayında 17,1 faiz artaraq 170,1 bənd təşkil edib ki, bu da 1990-cı ildən bəri ən sürətli rekord göstəricidir. Bitki yağı mart ayında aylıq müqayisədə 23,2 faiz artaraq 248,6 bəndlə yeni rekorda imza atıb. Bundan başqa, süd, ət, şəkər qiyməti indeksi də artıb. (Mənbə)
Azərbaycan həmin malların, həmçinin yerli istehsalda tələb olunan xammalların bir qismini xaricdən idxal etdiyindən sözsüz ki, qiymət artımlarına səbəb olur.
Kərimli onu da iddia edir ki, hökumət 2022-ci ildə pensiyaları cəmi 3,4 faiz artırıb, əhalinin gəlirlərində isə ötən 3 ayda 20 faiz artım baş verməyib. Bu iddianı da dəqiqləşdirək.
Onu da nəzərə almaq lazımdır ki, ölkədə minimum pensiya məbləği 240 manat təşkil edir. Bu o deməkdir ki, bir nəfər pensiyaçının pensiyası 3,4 faiz, yəni 8,16 manat və (240*3,4 = 8,16 manat) 200 manat kompensasiyanın illik bögüsünə ( 200:12 = 16,6 manat) əsasən 16,6 manat, ümumikdə isə təxminən 25 manat (8,16+16,6 = 24,76) artıb. Yəni, indeksasiya və kompensasiya məbləği ilə birlikdə 2022-ci ildə pensiyaların illik artım faizi 10,8 faiz təşkil edib. Bu adi hesablamalardan göründüyü kimi pensiyalar Əli Kərimlinin iddia etdiyi kimi 3,4 faiz deyil, 9-11 faizə yaxın artıb. Şübhə varsa, həmin izahı bir daha oxuya bilərsiniz.
Nəhayət, həlak olan hərbçilərə təzminat barədə. Kərimlinin neçənci dəfədir ki, üzərində xüsusi dayandığı Ukrayna və Rusiyanın döyüşlərdə həlak olmuş hərbçilərinə ödənilən "qan pulu” ilə Azərbaycanın şəhidlərinə ödənilən birdəfəlik yardımı müqayisə edir. Ötən yazılarımızda bu mövzuda kifayət qədər əsaslı müqayisələr əsasında Ə. Kərimlinin bu yanlışlıqlarla dolu iddiasına cavab vermişik.
Yenə də xatırlatmaqda fayda olmasına əsaslanaraq deyə bilərik ki, hərbçisinin adi sarğı, yod, bint və dərmanlarını xarici ölkələrin yardımı, pul ilə təmin edən Ukraynanın həlak olan əsgər və zabitlərinə 510 min dollar vermək imkanı sıfıra bərabərdir.
Beynəlxalq maliyyə institutları Ukraynanın maliyyə böhranı ilə üz-üzə qalacağını gizlətmir. Dünya Bankı (DB) bir neçə gün əvvəl Ukraynanın acınacaqlı iqtisadi-maliyyə vəziyyəti barədə hesabatını açıqladı, sənəddə deyilir ki, Ukrayna iqtisadiyyatı 2022-ci ildə ən azı 45% azalacaq, maliyyə ehtiyatları tükənən ölkənin borcu artacaq, yoxsulluğun səviyyəsi 1,8%-dən 20 %-ə qədər yüksələcək. (Mənbə)
Azərbaycan hökumətindən "12 dəfə çox təzminat ödəyən” Rusiyaya gəlincə, bu iddia da, tamamailə əsassızdir, Rusiya hökuməti hələ konkret olaraq bir hərbçisinə də 1 rubl belə təzminat ödəməyib. Parlamentin və müxtəlif dövlət qurumlarının nümayəndələri təkliflər irəli sürüblər, ancaq icra mexanizmi, Tədbirlər Planı hazırlanmayıb. Hazırda Çin, Hindistan, Ərəb ölkələrinin maliyyə institutlarından kredit cəlb etməklə öz iqtisadi-maliyyə problemlərini nizamlamağa çalışan, sanksiyalardan xarici maliyyə öhdəliklərini və borclarını ödəyə bilməyən Rusiya milyardarla dollar "qan pulu”nu necə əldə edəcək? "Standard & Poor's” beynəlxalq reytinq agentliyi bu ölkəni borc öhdəliklərini ödəyə bilmədiyinə və resursları tükəndiyinə görə defolt elan edib. Rusiyanın kapital və faizlərin ödənilməsi üçün 2022-ci il mayın 4-dək güzəşt müddəti var. Bu borc ödənilməsə Rusiya rəsmən maliyyə müflisləşməsi ilə üz-üzə qalacaq. (Mənbə)
Ə. Kərimli deyir ki, hökumət müharibə veteranlarının 14 aylıq müavinətini oğurlayır.
Nəticə:
Əli Kərimlinin 9 milyon əhali diqqətdən kənarda qalıb fikri tam yanlışdır. "9 milyon nəfər” əhalinin 90 faizi deməkdir. Hazırda ölkə əhalisin təxminən 5,3 milyon nəfəri iqtisadi fəal əhalidir. Yəni, müxtəlif sahələrdə müxtəlif fəaliyyət növü ilə məşğul olanlardır. Onların təqribən, 1,7 milyon nəfəri muzdlu işçidir, yəni əmək müqaviləsi əsasında çalışanlardır. Yerdə qalan 3,5 milyon nəfər müxtəlif sahələrdə çalışanlardır.
Ə.Kərimli növbəti dəfə "uşaq pulu” ifadəsi ilə manipulyasiya edib.
AXCP-nin sədri iddia edib ki, neft qiymətlərinin artması nəticəsində dövlətin hər ay əldə etdiyi 1,5 milyard dolların xalqın həyatını yaxşılaşdırmayıb. Araşdırma nəticəsində müəyyən olunub ki, bu rəqəm 2 dəfə aşağıdır. Yəni, siyasətçinin bu iddiası tam əsassızdır.
Ə. Kərimli inflyasiya ilə bağlı öz fərziyyələri əsasında mühakimə yürüdərək iddia edir ki, Azərbaycanda 35-40 faiz həddində inflyasiya mövcuddur. Bu məqamda qiymətlərin qalxması ilə (qlobal prosesdir) manatın dəyərinin düşməsi anlayışlarını səhv salıb.
Adi hesablamalardan görünür ki, pensiyalar Əli Kərimlinin iddia etdiyi kimi 3,4 faiz deyil, 9-11 faizə yaxın artıb