“Əli İnsanov, hansı simana inanaq?” - Əli Əhmədov

“Əli İnsanov, hansı simana inanaq?” - Əli Əhmədov
 

"Azərbaycan Prezidentinin əfvi nəticəsində azadlığa çıxan Əli İnsanovun mətbuata verdiyi müsahibələr onun siması və insani keyfiyyətləri haqqında tam təsəvvür yaradır: yalan, riyakarlıq, xəyanət. Onun ümummilli lider Heydər Əliyev yoluna xəyanəti artıq çoxdan bəllidir. Dünən "Amerikanın səsi” radiosuna verdiyi müsahibəsində isə Əli İnsanovun xəyanəti yeni formada və səviyyədə özünü göstərdi. Keçmiş nazir indi separatçı erməni ideoloqu kimi özünü təqdim və təsdiq etməyə çalışır. Bu isə milli xəyanətdən başqa bir şey deyildir. Erməni separatçılarının ideoloji tezis kimi uydurduğu, guya ermənilərin Azərbaycanda mənəvi-iqtisalarının qeyri-mümkün olması haqqında əsassız şüarının Əli İnsanov tərəfindən dəstəklənməsinə ayrı cür ad vermək mümkün deyil. Görünür, Azərbaycan xalqının dəstəyini qazanmaq xülyasının boşa çıxmasından sonra o, ermənilərin, Qərbdəki erməni lobbisinin dəstəyinə arxalanmaq fikrinə düşüb. Burada qeyri-ixtiyari nazir olarkən İrəvana səfəri zamanı ermənilərlə qol qaldırıb oynaması haqqında vaxtilə ağızıdolusu danışması yada düşür. Deməli, heç nə təsadüfən baş vermir. Hər şeyin bir səbəbi, bir izahı var”.

Sfera.az xəbər verir ki, bu fikirləri Baş Nazirin mavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov özünün rəsmi facebook səhifəsində yayımladığı məqaləsində daha sonra bildirir:

"Əli İnsanovun simasının digər xarakterik cəhəti olan riyakarlıq isə ən riyakar insanlarda belə qibtə doğura bilər. On ildən çox nazir kimi çalışdığı hakimiyyəti "diktatura” adlandırması nə məntiqə, nə insanlığa sığır. Nazir olarkən bəlağətlə hakimiyyəti tərifləyən, müxalifət nümayəndələrini isə təhqir edən Əli İnsanov indi tam əksini edir. Soruşmaq lazımdır: Əli İnsanov, sənin hansı simana inanaq? Vaxtilə müxalifəti ən ağır sözlərlə təhqir edərkən gördüyümüz simana, yoxsa indi əvvəllər sədaqətlə qulluq etdiyini dediyin hakimiyyətə böhtan atan sifətinə. Yəqin ən düzgün cavab bu olar ki, heç birinə. Buna isə simasızlıq deyirlər”.

YAP-ın Sədr müavini Əli Əhmədov daha sonra qeyd edir: "Əli İnsanov həbsdə olduğu müddətdə Azərbaycan inanılmaz dərəcədə dəyişib, gözəlləşib, müasirləşib. İnsanlar indi daha yaxşı yaşayırlar. Düşünürdüm ki, azadlığa çıxandan sonra bu dəyişiklikləri görən insan özü də dəyişməyə bilməz. Ancaq görünən budur ki, Əli İnsanova inanmaq mümkün deyil. Onun islah olunduğunu da düşünmək sadəlövhlük  olardı.

Azərbaycan xalqı ölkədəki sabitliyi, təhlükəsizliyi, inkişafı yüksək qiymətləndir. İnsanlar ölkədə qarşıdurma yaradaraq inkişafa, əmin-amanlığa əngəl törətməyə çalışanları lənətləyir və onlara xalq-iqtidar birliyi ilə cavab verir”.


OXŞAR XƏBƏRLƏR

Fəzail Ağamalı xidməti tapançasından danışdı: "BİR GÜLLƏ DƏ ATMADIM..."

Azərbaycanda deputatlar xidməti silah gəzdirmək hüququna malik olsalar da, V çağırış Milli Məclisin üzvləri bu imtiyazdan istifadə etməyiblər. Milli Məclis ü...

"Köhnə komandanın bəzi üzvləri son patronlarını da atmağa hazırdır..." - Qüdrət Həsənquliyev

  Qüdrət Həsənquliyev: "Mafioz qüvvələr dayanmalı, kənara çəkilməlidirlər” Sfera.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəki...

"Əlindəki peraşkini kəsib yoldaşları ilə bölürdü..." - Müəllimi Mikayıl Cabbarovu belə xatırlayır

Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər Kafedrasının müdiri, siyasi elmlər doktoru, professor, vaxtilə Azərbaycanın təhsil naziri olan Ağalar Nərima...

“Media Sərdar Cəlaloğlu kimi adamları boykot etməlidir” – Vüsalə Mahirqızı ilə MÜSAHİBƏ

  Jurnalistika ən populyar və sirli peşələrdən biridir. İstedad, enerji, aktivlik və zəhmət tələb edir. Bu sahədə peşəkar olmağa qədər gələn uzun və çət...

Keçmiş qayınanası: Gültəkin üçün müqəddəs heç nə yoxdur - nə Vətən, nə ailə!

Sfera.az Femida.az-ın yazısını təqdim edir: "Milli Şura" adlandırılan dərnəyin üzvü Gültəkin Hacıbəyli ilə keçmiş həyat yoldaşının ailə üzvlərinin gərgin münas...

Əli Əhmədov: "Müxalifət uğursuzluğunu bu yolla ört-basdır etməyə çalışır..." - MÜSAHİBƏ

Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədovun Trend-ə müsahibəsi - Əli müəllim, qarşıdan bələdiyyə se...