Eldar Mahmudovun əmisi oğlunun pulları müsadirə olundu

Eldar Mahmudovun əmisi oğlunun pulları müsadirə olundu
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudovla bağlı məhkəmə qərarı dəyişdirilib.

Sfera.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun bank hesabındakı pullar müsadirə edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, məhkəmədə dövlət ittihamçısının apellyasiya protesti təmin olunub. Bakı Hərbi Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli hökmü dəyişdirilərək V.Mahmudova məxsus "Kapital Bank” hesabında olan pul vəsaitlərinin xüsusi müsadirə cinayət hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması barədə hökm çıxarılıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Mahmudov 2 il müddətinə azadlıqdan məhrum edilsə də, ittiham olunduğu bir sıra maddələr üzrə ona cəza təyin olunmamışdı. Belə ki, məhkəmə hədə-qorxu ilə tələb etmə, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma ittihamları üzrə ona bəraət vermişdi. Vəzifə saxtakarlığı ittihamı üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün isə ona cəza təyin olunmamışdı. O, 2 illik müddəti istintaq müddətində həbsdə keçirdiyinə görə, məhkəmə zalından azadlığa buraxılmışdı.

Vüqar Mahmudov MTN-in polkovnik leytenantı olub. Onun adına "Kapital Bank”ın Sabunçu filialında 127 min manat, həyat yoldaşının adına isə 1,2 milyon manata yaxın vəsait olub.

OXŞAR XƏBƏRLƏR

Lənkəranda taksiyə müştəri qismində əyləşib evinə sürdürdü: Öldürüb, həyətində basdırdı - TƏFƏRRÜAT

Lənkəranda qətl törətməkdə təqsirləndirilən Elvin Hüseynzadəyə hökm oxunub və o, 19 il müddətinə azadlıqdan məhrum edilib.   Bu barədə "Report”a zər...

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş... - Bakıdakı QƏTLİN TƏFƏRRÜATI

Bakıda 24 gün əvvəl törədilən qətllə bağlı bəzi məqamlar üzə çıxıb. Sfera.az xəbər verir ki, söhbət bu ilin aprel ayının 23-də paytaxtın Nərimanov rayonu ər...

“Eldar Mahmudovun adından böyük məbləğlərdə pullar tələb edirdi” – MTN işində şok ifadələr

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Y...

Əməliyyat keçirildi - 202 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) mayın 13-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən Sfera.az-...

Sumqayıtda kirayədə qalan qadın niyə öldürülüb? - QONŞULAR DANIŞDI - VİDEO

Ötən gün Sumqayıtda gənc qadın tanışı tərəfindən boğularaq qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə Xəzər TV sujet hazırlayıb. İlkin araş...

Vilyam Hacıyevin məhkəməsində ŞOK İFADƏ: “Rüşvət yox, rüsum ödəmişəm”

Artıq uzun zamandır ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Sfera.az-ın xəbərinə gö...