ŞAD XƏBƏR: Bu cərimələr də ləğv edilə bilər - VİDEO

ŞAD XƏBƏR: Bu cərimələr də ləğv edilə bilər - VİDEO
Son günlər pandemiya ilə bağlı tətbiq olunmuş inzibati cərimələrin ləğv edilməsi ilə bağlı fikirlər irəli sürülür, müzakirələr aparılır.
 
Millət vəkili Ceyhun Məmmədov hesab edir ki, ümumən vətəndaşların vəziyyətini, pandemiyanın arxada qaldığını nəzərə alsaq, məsələyə fərdi qaydada baxmaq olar. Burada isə bir neçə məqam var, biz onu nəzərə almalıyıq deyə millət vəkili vurğulayıb. 
 
Karantin qaydalarının pozulmasına görə yazılan cərimələrin ləğvi ilə bağlı məsələyə baxıla bilər.
 
Millət vəkili Ceyhun Məmmədov bildirib ki, pandemiya dövründə karantin qaydalarının pozulmasına görə yazılan cərimələrin ləğvi ilə bağlı məsələ gündəmə gəlib. Hər bir vətəndaş qanunun tələblərini yerinə yetirməlidir. Bu birmənalıdır. Amma ümumən vətəndaşların vəziyyətini, pandemiyanın arxada qaldığını nəzərə alsaq, məsələyə fərdi qaydada baxmaq olar. 
 
Millət vəkili bildirib ki, insanların məvacibindən, sosial durumundan asılı olaraq fərdi qaydada bu məsələyə yanaşmaq mümkündür. Burada əsas məqsəd insanların öz vətəndaşlıq vəzifələrinin icrasında məsuliyyətini artırmaqdan ibarətdir.
 
Bu məsələnin parlamentin komitələri tərəfindən müzakirəyə çıxarılması təklif edilir deyə millət vəkili əlavə edib.



OXŞAR XƏBƏRLƏR

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Prezident Administrasiyasının bu şöbəsi ləğv olundu

Prezident Administrasiyasının (PA) Hüquq ekspertizası şöbəsi ləğv edilib. Sfera.az-ın məlumatına görə, şöbənin adı president.az saytında "Struktur” bölməs...

Rəşad Dağlı danışdı - Onu üzr istəməyə kim məcbur edib? - VİDEO

Meyxanaçı Rəşad Dağlı Masallıda həmkarı ilə deyişmə zamanı "Xomeyni çöküb qalıb, Behcəti "naqruska”dadır” kimi ifadələr işlətdiyi üçün təhdid olunduğuna görə üz...

Rusiyalı məşhur qadınla eşq yaşayan azərbaycanlı kimdir? - ŞOK DETALLAR/FOTOLAR

Dünyaca məşhur balerina Anastasiya Voloçkovanın yeni sevgilisinin azərbaycanlı taksi sürücüsü olduğu deyilsə də bu məlumat həqiqəti əks etdirməyib. Sfera.az...

Azərbaycanda itləri kütləvi şəkildə güllələdilər - VİDEO

Bərdə rayonunda küçə itlərini kütləvi şəkildə öldürüblər.   Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayı...