Dövlət Departamenti Dağlıq Qarabağla bağlı layihəyə görə ittihamlara cavab verdi

Dövlət Departamenti Dağlıq Qarabağla bağlı layihəyə görə ittihamlara cavab verdi
Birləşmiş Ştatlar Azərbaycanın Dağlıq Qarabağla bağlı məsələləri istənilən regional və beynəlxalq təşkilat qarşısında, o cümlədən AŞPA-da qaldırmaq kimi suveren hüququna hörmətlə yanaşır.
 
Sfera.az bildirir ki, bu barədə APA-ya ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı qətnamənin AŞPA-da qəbul olunmamasında ABŞ-ın xarici siyasət idarəsinin rolunun olması ilə bağlı məsələni şərh edərkən bildiriblər.
 
Dövlət Departamentindən Minsk qrupunun tərəflərin qəbul etdiyi danışıq formatı olduğunu vurğulanıb: "Biz ümid edirik ki, tərəflər sülh yolu ilə həll prosesində həmsədrlərlə sıx işləmək işinə tam sadiq qalacaqlar".
 
Xatırladaq ki, amerikalı ermənipərəst konqresmen Adam Şiff "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" adlı qətnamə layihəsinin AŞPA-da keçməməsində ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Viktoriya Nulandın xüsusi rolu olduğunu qeyd edib, bildirib ki, qətnamə müzakirə edilməmişdən əvvəl o, ABŞ Dövlət Departamentinə və region üzrə səfirlərindən birinə müraciət edib və həm səfir, həm də Viktoriya Nuland bunun üzərində işləyəcəklərini deyiblər.
 
Qeyd edək ki, Robert Volterin müəllifi olduğu "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" adlı qətnamə layihəsi AŞPA-nın qış sessiyası çərçivəsində yanvarın 26-da müzakirəyə çıxarılıb. 181 deputatın iştirak etdiyi səsvermədə 66 nəfər lehinə, 70 nəfər əleyhinə səs verib, 45 nəfər bitərəf qalıb.
 
Layihə qəbul olunmayıb.

OXŞAR XƏBƏRLƏR

Həbibin qələbəsi internetdə papaq bumu yaratdı

Yüngül çəkidə UFC çempion titulu uğrunda dağıstanlı döyüşçü Həbib Nurməməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında baş tutan döyüş azarkeşlərlə yanaşı ti...

Heç istifadə etməsək də üstdəki dəlik görün nə üçün imiş bilirsinizmi? - FOTO

Daha əvvəl fərq etdinizmi bilmirik, ancaq idman ayaqqabılarda ən yuxarıda əlavə iki ədəd dəlik yer alır. Sfera.az bildirir ki,bu dəliklər təbii ki, boşu boşuna...

Müdafiə nazirindən Qələbə Günü ilə bağlı əmr -FOTO

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının konfrans zalında Böyük Vətən müharibəsinin veteranları ilə görüş keçirilib. ...

Ehtiyatlı olun: “WhatsApp”da tələ

"WhatsApp” vasitəsilə istifadəçilərə xüsusi viruslar göndərilir. Belə ki, istifadəçinin tələyə düşməsinin əsas səbəbi mesajı göndərənin kim olduğuna baxmamasıdı...

Erməni tankının izi belə qalmadı - VİDEO

Tankın qülləsi onlarla metr kənara uçub. Rusiyanın Donbas separatçılarını təbliğ edən news-front.info portalının reportyoru aprelin 2-dən 5-nə qədər qanlı...

Bakıda mindən çox bina söküləcək

Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilmə...