“Düzünü desəm, gözləyirdim ki, həmin raketləri atacaqlar....” - Zakir Həsənov erməniləri təəccübləndirib

“Düzünü desəm, gözləyirdim ki, həmin raketləri atacaqlar....” - Zakir Həsənov erməniləri təəccübləndirib
 

Azərbaycan ordusunun ötən gün başa çatan irimiqyaslı hərbi təlimləri Ermənistanda müzakirə olunmaqdadır. 10 minə qədər canlı qüvvə, 500-ə qədər tank və digər zirehli texnikanın, yüzlərlə reaktiv artilleriya və ən yeni raket komplekslərinin cəlb olunduğu, döyüş şəraitinə maksimal yaxınlaşdırılmış təlimlərin ssenarisi şərti düşmənin müdafiə xəttinin yarılması və ərazilərin işğaldan azad edilməsi üzərində qurulmuşdu.


 

 

 

Bu təlimləri şərh edən erməni hərbi ekspert Taron Ovanisyan onun əvvəlkilərdən fərqlənmədiyini deyir. Onun bildirdiyinə görə, Azərbaycan ordusunun keçirdiyi təlimlərdə həmişə eyni ssenari oynanılır, bu da o dməkdir ki, ordu müvafiq döyüş əməliyyatlarına hazırlaşır. İndiki halda Ovanisyana görə bu təlimlər Azərbaycan ordusunun Qarabağ istiqamətində hücumuna hazırlıqdır.


 

 

 

"Düzünü desəm, mən gözləyirdim ki, bu təlimlərdə ilk dəfə Belarusdan alınan "Polonez” operativ-taktiki raket komplekslərindən və İsraildən alınan LORA operativ-taktiki raket komplekslərindən döyüş atışları həyata keçiriləcək. Lakin nə bu, nə digəri tətbiq edilmədi. Ən azından yayılan kadrlarda bu atışları biz görmədik ki, burası bir qədər təəcübləndirir”-Ovanisyan "Sputnik Armenia” agentliyinə açıqlamasında deyib.


 

 

 

Erməni ekspert qeyd edib ki, Azərbaycan "Polonez” və LORA komplekslərini Ermənistanın "İsgəndər” komplekslərini əldə etməsinə cavab olaraq almışdı. O, istisna etmir ki, həmin vsitələrin təlimlərdə tətbiq edilməməsi raketlərin dəyərinin yüksək olması ilə bağlıdır.


 

"Məsələn, bir LORA raketinin qiyməti 800 min dollara yaxındır. Ola bilsin Azərbaycanın hərbi-siyasi rəhbərliyi təlimlərə bu qədər böyük vəsaitin xərclənməsini məqsədəuyğun saymayıb”-Ovanisyan bildirib.


 

 

 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi "Polonez” və LORA raket komplekslərinin də təlimlər çərçivəsində öz bazalarını tərk edərək poliqonlara doğru hərəkət etdiyinə dair kadrları yayıb. Lakin daha sonra təlimlərin gedişinə dair xəbərlərdə bu komplekslər gözə dəyməyib. Eləcə də təlimlərin döyüş atışlı hissəsinə dair Müdafiə Nazirliyinin yaydığı kadrlarda "Vampir” və "Qrad” reaktiv yaylım atəşi sistemlərindən, özüyeriyən qaubitsalardan və müxtəlif çaplı minomyotlardan, o cümlədən tanklardan şərti hədəflərə kütləvi zərbələrin endirilməsi əksini tapıb.


 

 

 

Lakin "Polonez” və LORA operativ-taktiki raket komplekslərindən döyüş atışları həyata keçirilməyibsə belə bu silahların təlim poliqonlarına çıxarılması onların real döyüş əməliyyatlarında tətbiqi ilə bağlı digər mühüm elementləri sınaqdan çıxarmağa imkan verir. Bura komplekslərin döyüş mövqeyini tutması, vurulacaq hədəflərin təsbit edilməsi, şəxsi heyətin kompleksləri çevik şəkildə döyüşə hazır vəziyyətə gətirməsi, zərbənin endirilməsindən sonra döyüş mövqeyinin mümkün cavab zərbələrindən yayınmaq üçün qısa zamanda tərk edilməsi kimi məqamlar daxildir.


 

"Polonez” raket kompleksləri 250 kilometr mənzilli 8 yüksək dəqiqlikli raketlərlə təchiz olunub. LORA kompleksləri isə 400 kilometrdən çox məsafədə hədəfi 500 kiloqrama yaxın döyüş başlıqlı raketlərlə vura bilir.

Virtualaz.org

 



OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşını qumarda uduzan adamdan nə gözləyəsən?” – Dilqəm Əsgərovun Şahbaz haqda heç yerdə demədikləri... - MÜSAHİBƏ

Sfera.az bildirir ki, Gündəm.az-ın suallarını yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında Azərbaycana qaytarılan Dilqəm Əsgərov cavablandırı...

“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ

"Siyasətdə sağ göstərib, sol vura bilirsən, idmanda belə deyil...”     Bunu Sfera.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət qu...

"Müttəfiqlik həqiqətlərin mahiyyətini dəyişə bilməz"

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin moderator.az-a müsahibəsin təqdim edir:   -Ülvi müəllim, Ermənistanın baş naziri N.Paşinyan mayın 16-da ...

“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ

Sfera.az yaşam koçu, "Dəyiş” kitabının müəllifi Fidan Əliheydərlə müsahibəni təqdim edir:   - "Yaşam koçu” ifadəsi özəlliklə bizim cəmiyyət üçün yeni anl...

“Bu məsələ Prezidentin və parlamentin gündəliyindədir, seçkilər keçiriləcək...” – Ceyhun Məmmədovla MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı Milli Məclisin Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovdur.   Millət vəkili ilə mü...

Tanınmış şairə: “Yüksək vəzifəli məmurları gecə 1-in yarısı yola saldım”

"Toyun ssenarisini şəxsən özüm işləmişdim, dekorundan tutmuş, çəkilişinə qədər hər şey düşünülmüşdü".    Bunu tanınmış şairə, teleaparıcı Nazilə Səf...