Düşmən kəndlərimizi 117 dəfə ATƏŞƏ TUTDU

Düşmən kəndlərimizi 117 dəfə ATƏŞƏ TUTDU

Sfera.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan, həmçinin artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 117 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli, Ağbulaq, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Yusifcanlı, Nəmirli, Xocavənd rayonunun Kuropatkino kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 121 dəfə atəş zərbəsi endirib.


OXŞAR XƏBƏRLƏR

Ağdamda rəis MİNAYA DÜŞDÜ

Bu gün Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsi...

Sumqayıtda zavodda partlayış: ölən var

Sumqayıtda zavodda qaz balonu partlayıb, ölən var. Bu barədə Sfera.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib. Bildirilib ki, mayın 4-ü sa...

Ermənilər mövqelərimizi qumbaraatan və pulemyotlarla atəşə tutdu

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, mayın 1-i saat 13:40-...

Sərhəddə təxribat – Erməni diversantlar Azərbaycana keçməyə çalışdı

Aprel ayının 23-də saat 18:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin t...

Gəncədə sinif yoldaşını bıçaqlayan məktəbli saxlanıldı - TƏFƏRRÜAT

Gəncə şəhər Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbdə sinif yoldaşını bıçaqlayan məktəbli qız saxlanılıb.   Sfera.az xəbər verir ki, Daxili İş...

İçərisində Azərbaycan vətəndaşları olan gəmi batdı

Tunisin Qabes şəhərinin limanı yaxınlığında ticarət gəmisi batıb. Sfera.az xəbər verir ki, bu barədə "Mosaique FM” radiostansiyası məlumat yayıb. Gəminin ...