Dünya ulduzlarının milyonlarla “Twitter” izləyicisi hara yoxa çıxıb?

Dünya ulduzlarının milyonlarla “Twitter” izləyicisi hara yoxa çıxıb?
Bu günlərdə dünyanın məşhur şəxsləri "Twitter” hesablarındakı izləyici sayının kəskin şəkildə aşağı düşməsini müşahidə ediblər.

Sfera.az xəbər verir ki, çərşənbə günündən etibarən "Twitter” "təmzləmə dalğası”na başlayıb. Populyar mikrobloq şəbəkəsi bu addımı botları təmizləmək məqsədilə etdiyini bildirib. Bloklanmış istifadəçilər real insan olmalarını təsdiqləməsələr, onların hesablarının bərpa imkanı olmadan silinəcək.

"Twitter” şirkətinin sədri Vicay Qadde deyib ki, "canlı” hesabların sahibləri bu tədbirlər nəticəsində ən azı dörd izləyici itiriblər.

"Təmizləmə əməliyyatı” dünyaca məşhur şəxslərin hesablarında özünü daha radikal şəkildə göstərib. Pop ulduzlar Ledi Qaqa və Keti Perri 2,5 milyon izləyici, sabiq ABŞ prezidenti Barak Obama isə 2,1 milyon izləyici itirib. "Twitter”in rəsmi səhifəsi isə 7,7 milyon abunədən məhrum olub. 

İyulun əvvəlindən bu yana sosial şəbəkə 70 milyon saxta səhifəni dondurub. "Twitter”in məlumatına görə 2018-ci ilin ilk 6 ayı üçün aktiv istifadəçilərin sayı 336 milyon təşkil edib. "Twitter” qeydiyyatda olan hesabların 6%-dən imtina edəcəyini proqnozlaşdırır.

Şirkət nümayəndələrinin sözlərinə görə kütləvi təmizləmə "Twitter”in daha etibarlı və şəffaf olmasına şərait yaradacaq. Bu məsələ botlar tərəfində paylaşılan saxta xəbərlər qalmaqalından sonra daha aktual olub.
 
Rəsul
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

"WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər. Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, artıq fərdi komp...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.   Sfera.az xəbər verir ki, cihaz eyni...